
"Yaşayış evlərinin üzərində günəş panellərinin quraşdırılması həyata keçirilir, həmçinin ikitərəfli sayğac sistemləri tətbiq olunur".
AVESTA.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində keçirilən "Mənzil təminatı böhrandan çıxış və yenidənqurma prosesinin mərkəzində" adlı sessiyada jurnalistlərə açıqlaması zamanı bildirib.
Emin Hüseynov vurğulayıb ki, Azərbaycanda ilk dəfə məhz işğaldan azad edilmiş ərazilərdə ikitərəfli sayğaclardan istifadə edilir. Küçə işıqlandırılmasında isə əsasən günəş enerjisi ilə işləyən "off-grid" sistemlərdən istifadə olunur.
O da qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində enerji təminatının böyük hissəsi alternativ enerji mənbələrinə əsaslanır:
"Xüsusilə su elektrik stansiyalarının bu prosesdə mühüm rol oynayır. Bunun bölgədə dayanıqlı iqtisadi modelin formalaşmasına töhfə verəcək.
Bundan əlavə, müxtəlif beynəlxalq tərəfdaşlarla günəş və külək elektrik stansiyalarının qurulması istiqamətində layihələrin həyata keçirilib. Bütün enerji layihələrinin isə hər bir ərazi üzrə ayrıca təhlil aparılaraq tətbiq edildib" - deyə Emin Hüseynov əlavə edib.
Qeyd edək ki, WUF13 artıq 5 gündür davam edir.
Mayın 22-də yekunlaşacaq forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.