
Bakının Nizami rayonunda 23 yaşlı qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, Qara Qarayev prospektində iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2000-ci il təvəllüdlü Əliyeva Fəridə Fərhad qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.