
Çay dünyada ən məşhur içkilərdən biri hesab olunur və yayılmasına görə sudan sonra ikinci yerdədir. BMT Baş Assambleyasının 2019-cu ildə qəbul etdiyi qətnaməyə əsasən hər il mayın 21-i Beynəlxalq Çay Günü kimi qeyd olunur.
Çay yalnız susuzluğu yatırmaq üçün deyil, həm də tonik və istiləşdirici içki kimi istifadə edilir. Tərkibində faydalı minerallar olan çay həzm prosesini asanlaşdırır, qan dövranını yaxşılaşdırır və soyuqdəymə zamanı faydalı hesab olunur.
Azərbaycan mədəniyyətində çay xüsusi yer tutur. Qonaqlıq və məclislərin sonunda çay süfrəsi açılması ənənə sayılır. Elçilik mərasimlərində şirin çay təqdim olunması isə xeyir-dua rəmzi kimi qəbul edilir.
Çin mifologiyasına görə, çayın kəşfi təsadüf nəticəsində baş verib və bu içki artıq 5 min ildən çoxdur ki, insanların gündəlik həyatının ayrılmaz hissəsidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.