
Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.
Sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür.
Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.