22-05-2026, 09:48 431

Avropa Parlamentinin deputatları qurumun Azərbaycanla bağlı siyasətini tənqid ediblər

Avropa Parlamentinin bir qrup deputatı təşkilatın Azərbaycanla əməkdaşlığı dayandırmasına səbəb olan hərəkətlərini tənqid ediblər.

AVESTA.AZ report-a istinadən xəbər verir ki,dünən axşam Strasburqda Avropa Parlamentinin plenar iclasının sonunda Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq və "Euronest"dən çıxmaq barədə qərarı gündəliyə çıxarılıb.

Xüsusilə, Avropa Parlamentinin "Euronest"dəki nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Bakını çıxma qərarını yenidən nəzərdən keçirməyə çağırıb. O qeyd edib ki, ölkə "Şərq tərəfdaşlığı" çərçivəsində regional dialoqun mühüm hissəsi olaraq qalır və onun Qara dəniz strategiyası, nəqliyyat əlaqəsi, energetika, rəqəmsal infrastruktur və regionda qarşılıqlı əməkdaşlıq layihələri üzrə müzakirələrdə iştirakı zəruridir.

Deputatların bir hissəsi çıxışlarında açıq şəkildə bildiriblər ki, Avropa İttifaqının və Avropa Parlamentinin özünün hərəkətləri Bakı ilə münasibətlərdəki böhranın səbəblərindən biri olub.

Ən kəskin çıxışlardan biri Avropa Mühafizəkarları və İslahatçılar qrupundan olan deputat Kristian Terheşin bəyanatı olub.

O bəyan edib ki, Azərbaycan parlamentinin qərarı Brüssel üçün həyəcan siqnalı olmalıdır. Terheş birbaşa Avropa Parlamentini ittiham edib ki, qurum apreldəki Ermənistanla bağlı qətnaməni Bakıya təzyiq aləti kimi istifadə edib: "Bu parlament (Avropa Parlamenti - red.) Ermənistanın demokratik inkişafı hissəsində hamımızın dəstəklədiyi 2026-cı il aprel qətnaməsini Azərbaycana hücum etmək üçün istifadə etdi, bu tamamilə lazımsız, ağılsız və əks-məhsuldar idi".

Terheş xüsusi diqqəti ona yönəldib ki, məhz hazırda Ermənistan və Azərbaycan sülh sazişinin bağlanmasına yaxınlaşmağa çalışır: "Onilliklər boyu müharibələrdən sonra onlar nəhayət birlikdə işləyir və barışıq və sülh müqaviləsinin imzalanması üçün real səylər göstərirlər". Onun fikrincə, bu fondа Avropa Parlamentinin hərəkətləri siyasi cəhətdən uzaqgörən görünmürdü.

O, həmçinin Avropa siyasətinin ümumi üslubunu tənqid edib: "Daimi moralizatorluq, ideoloji qınama ilə vəsvəsə - bu xarici siyasət deyil. Bu siyasi səbatsızlıq və geosiyasi intihardır".

K.Terheş xəbərdarlıq edib ki, belə praktika artıq tərəfdaşların uzaqlaşmasına gətirib çıxarır: "Biz eyni dinamikanı Gürcüstan və ikili standartlar, təkəbbürlü yanaşma səbəbindən Avropa İttifaqından getdikcə daha çox uzaqlaşan digər dövlətlər barəsində müşahidə edirik".

Onun qiymətləndirməsinə görə, Aİ məhz Cənubi Qafqaz və Mərkəzi Asiyanın strateji əhəmiyyət kəsb etdiyi bir vaxtda mövqelərini itirmək riski ilə üzləşir.

"Azərbaycan sadəcə Aİ-nin başqa bir tərəfdaşı deyil. O, Avropanın enerji təhlükəsizliyi və nəqliyyat əlaqəsi üçün əsas əhəmiyyətə malikdir", - Terheş əlavə edib.

O vurğulayıb ki, Azərbaycan Avropaya Rusiya qazından asılılığı azaltmağa kömək edib, yanacaq tədarük edir və Ukraynaya humanitar yardım göstərir.

"Azərbaycan kimi ölkələrin uzaqlaşdırılması sadəcə məsuliyyətsizlik deyil, bu geosiyasi cəhətdən özünüməhvetmədir", - deputat vurğulayıb. Onun sözlərinə görə, Avropaya realizm, strateji düşüncə və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq lazımdır, daimi nəsihətlər və özünü üstün hesab etmə hissi deyil".

Patriots for Europe qrupunun deputatı Anjelin Füre Bakı ilə münasibətlərdəki böhranı regionda Avropa strategiyasının iflası kimi təqdim edib. "Azərbaycanın Euronest-dən çıxmaq qərarını sadəcə prosedur addımı hesab etmək olmaz. Bu Avropanın strateji cəzasıdır", - o qeyd edib.

Füre böhranı birbaşa Aİ-nin hərəkətləri ilə əlaqələndirib: "Biz sizin müdaxiləniz və Ermənistana münasibətdə yanaşmamızın bədəlini ödəyirik".

Onun sözlərinə görə, Avropa eyni vaxtda Bakı ilə enerji əməkdaşlığını saxlamağa və siyasi təzyiqi gücləndirməyə çalışırdı. "Siz düşünürdünüz ki, qaz tədarükünü təmin edəcəksiniz, amma eyni zamanda bütün bu qətnamələri qəbul edirdiniz", - o deyib və qeyd edib ki, Avropa nə humanitar məqsədlərə nail olub, nə də Azərbaycanla münasibətləri yaxşılaşdırıb.

Füre həmçinin Avropa strukturlarını dövlətlərin yerini tutmağa cəhddə ittiham edib: "Siz moral oxumaq üçün dövlətlərin rolunu öz üzərinizə götürdünüz".

Sonra o geosiyasətə keçib və bəyan edib ki, Aİ bəyannamələrlə məşğul olarkən region Avropasız yenidən qurulmağa başlayıb. Onun sözlərinə görə, ABŞ administrasiyası Azərbaycan və Ermənistanın maraqlarını uzlaşdıraraq tranzit dəhliz yarada bilib.

Füre xüsusi diqqəti yeni marşrutun ("Tramp Marşrutu", TRIPP - red.) artıq iqtisadi ölçü qazanmasına yönəldib: "Yeni strateji yol meydana çıxdı - sülh yolu və faktiki olaraq Amerika kapitalı tərəfindən idarə olunan".

"Geoiqtisadi baxımdan Avropa təcrid olunmuş vəziyyətdə qalıb, Mərkəzi Asiyanın yeni siması isə Aİ-siz formalaşır" - deputat qeyd edib. Bu arada Avropa dünyanın öz gözləri önündə yenidən qurulmasını seyr etməyi dayandırmalıdır.

Onun son çağırışı Avropa institutlarına ünvanlanıb: "Dünyaya dərs verməyi və mühazirə oxumağı dayandırın. Ölkələrə öz işləri ilə məşğul olmağa imkan verin və yetkin realpolitikaya keçin".

Deputat Tyerri Mariani öz tərəfindən bəyan edib ki, hazırda Cənubi Qafqaz unikal nöqtədədir, onilliklər boyu münaqişədən sonra Bakı və İrəvan sülhə yaxınlaşıb. O xatırladıb ki, əvvəllər tənzimləmə praktiki olaraq qeyri-mümkün hesab olunurdu: "Bu gün çoxlarının qeyri-mümkün hesab etdiyi baş verir - barışıq prosesi başlayır".

Lakin onun fikrincə, Avropa Parlamenti əks istiqamətdə hərəkət edir, odun üstünə yağ tökən qətnamələr qəbul edir. Mariani qeyd edib ki, Azərbaycan Avropa Parlamenti ilə konstruktiv münasibətlər qurmaq istəyirdi, lakin qanuni narahatlıqları səbəbindən qapını bağlayıb".

"Qafqazda sülhə Avropa Parlamentinin müdaxiləsi ilə deyil, regiondakı danışıqlar yolu ilə nail olunacaq", - o yekunlaşdırıb.

Avroparlamentçi Tomas Frölih Azərbaycan ətrafındakı böhranı Aİ-nin xarici siyasətinin daha geniş problemi ilə əlaqələndirib: "ABŞ ilə pis münasibətlər. Çin ilə pis münasibətlər. Rusiya ilə münasibətlər yoxdur".

Avropa İttifaqının tədricən dünya siyasətinin kənarında qaldığı təəssüratı yaranır, - o qeyd edib. Deputatın sözlərinə görə, Azərbaycan Avropa Parlamentinin mənəvi qiymətləndirmələrindən yorulub və o, bununla razı olduğunu bildirilib.

Frölih xəbərdarlıq edib ki, Bakı ilə davam edən münaqişə Avropanın energetikasına zərbə vura bilər: "Əgər biz Azərbaycanla bu cür ünsiyyət qurmağa davam etsək, bu Avropanın enerji təhlükəsizliyinə son zərbə ola bilər".

Nəticədə müzakirələr zamanı sual yaranır - Avropa siyasətinin özü - qətnamələrin, təzyiqin, açıq məzəmmətlərin və dəyər ritorikasının birləşməsi - məhz Cənubi Qafqazın sülh tənzimləmə mərhələsinə daxil olmağa başladığı bir anda Aİ-nin strateji cəhətdən mühüm regionda nüfuzunu itirməsinə gətirib çıxarmadımı.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR