
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13)1000-dən çox media nümayəndəsi işıqlandırıb.
BAKU.WS xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev tədbirin bağlanış mərasimində bildirib.
"Geniş media əhatəli olaraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlıq məsələlərinin qlobal səviyyədə təşviqinə töhfə verib. Forum dünyanın müxtəlif ölkələrində geniş auditoriyaya çatdırılıb", - deyə o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.