
Ermənistanın Baş naziri Nikol Pashinyan Axalkalaki–Qars dəmir yolu xəttinin fəaliyyətə başladığını açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paşinyanın sözlərinə görə, yeni marşrut Ermənistanın ixrac və idxal imkanlarını genişləndirəcək və ölkənin iqtisadiyyatı üçün mühüm addım olacaq. Baş nazir həmçinin Azərbaycan üzərindən keçən dəmir yolu xəttinin də Ermənistan üçün açıq olduğunu bildirib.
O qeyd edib ki, Ermənistan hazırda Gürcüstan və Azərbaycan vasitəsilə Rusiya ilə, eləcə də Rusiya və Qazaxıstan üzərindən Çinlə dəmir yolu əlaqəsinə malikdir. Yeni marşrut isə Gürcüstan və Türkiyə üzərindən Avropa istiqamətinə çıxışı təmin edəcək.
Paşinyan yaxın gələcəkdə Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan və Naxçıvan üzərindən Ermənistan-İran arasında birbaşa dəmir yolu əlaqələrinin yaradılmasının da planlaşdırıldığını vurğulayıb.
Baş nazir bildirib ki, regional nəqliyyat layihələrinin həyata keçirilməsi bölgədə iqtisadi və logistika əlaqələrinin genişlənməsinə şərait yaradacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.