
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan şübhəli ölüm hallarının sayı 204-ə yüksəlib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Kommunikasiya və Media Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin şərqində yerləşən İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində ümumilikdə 867 ehtimal olunan yoluxma halı aşkarlanıb.
Məlumata əsasən, 10 ölüm və 91 yoluxma faktı laborator müayinələrlə təsdiqlənib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl KDR-də yayılmış Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə səhiyyə vəziyyəti elan etmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.