
Azərbaycan Afrika ölkələri ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verir.
BAKU.WS xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Afrika Günü münasibətilə "X"-də etdiyi paylaşımda qeyd olunub.
"Afrika Günü münasibətilə Afrika qitəsinin hökumətlərini və xalqlarını səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Ticarət, təhsil, enerji, dayanıqlı inkişaf və humanitar təşəbbüslər daxil olmaqla müxtəlif sahələrdə Afrika tərəfdaşlarımızla əməkdaşlığımızı yüksək qiymətləndirir, həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizi daha da genişləndirməyi səbirsizliklə gözləyirik.
Afrika Günü mübarək!", - məlumatda vurğulanıb.
On the occasion of Africa Day, we extend our sincere congratulations and best wishes to the governments and peoples of the African continent.
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) May 25, 2026
The Republic of Azerbaijan attaches great importance to its friendly relations with African countries.
We highly value our cooperation… pic.twitter.com/yl7NH1BtTv
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.