25-05-2026, 17:48 133

2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib

Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Nazirlər Kabineti üç ay müddətində Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi barədə; həmçinin altı ay müddətində Dövlət Proqramının icrası çərçivəsində buğda, pambıq və heyvandarlıq məhsullarının istehsalı təsərrüfatlarının yaradılması nəzərdə tutulan ərazi vahidlərində torpaqların kateqoriyasının, yaxud məqsədli təyinatının dəyişdirilməsi barədə, eləcə də tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməli olacaq.

Kənd Təsərrüfatı Nazirliyi buğda, pambıq və heyvandarlıq məhsullarının istehsalı təsərrüfatlarının yaradılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısını üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi təsərrüfatların kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə faiz subsidiyalarının verilməsi və investisiya layihələrinin dəyərinin subsidiyalaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Nazirlik eyni zamanda müasir texnologiyaların tətbiq edildiyi, yem bazasına malik olan və cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların və tədarükçülərin rezident banklar və bank olmayan kredit təşkilatlarından 2027-ci ildən başlayaraq 5 il müddətində manatla aldıqları kreditlərə hesablanmış faizlərin, həmçinin icra edilmiş investisiya layihələrinin dəyərinin "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına subsidiyalaşdırılması üçün tədbirlər görməlidir.

Bundan başqa, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə bütün heyvandarlıq təsərrüfatlarında mövcud olan iribuynuzlu və xırdabuynuzlu heyvanların birdəfəlik identifikasiyasının dövlət büdcəsinin vəsaiti hesabına aparılmasını, müvafiq məlumatların "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sisteminə daxil edilməsini və "Elektron kənd təsərrüfatı" informasiya sisteminə ötürülməsini təmin etməlidir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzərdə tutulan təsərrüfatların su təminatının təkmilləşdirilməsi məqsədilə zəruri tədbirlər görməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan dövlət büdcəsinin, dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.

Paylaş

Xəbər lenti

DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib Bu gün, 08:48 Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Avropa çempionu olub Bu gün, 08:48 Hər addımda ölüm riski: Atası şəhid oldu, oğlu yolunu davam etdirir... Bu gün, 00:48 İstanbulda Azərbaycan vətəndaşına qarşı dələduzluq: Cinayət şəbəkəsi çökdürüldü Bu gün, 00:48 Azərbaycan ilə Meksika əməkdaşlığı möhkəmləndirmək istəyir Dünən, 23:48 "Neftçi" yoxlama oyununda Serbiya klubunu məğlub edib Dünən, 23:48 Qalibaf: Müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər Dünən, 23:48 Rusiya Kramatorska 7 aviabomba atıb, 4 nəfər ölüb Dünən, 23:48 Ucarda 16 yaşlı yeniyetmə suda boğulub Dünən, 23:48 Erməniəsilli jurnalist: "ABŞ eyni vaxtda iki fərqli ölkəyə - Bosniya və Herseqovinaya qarşı oynadı" Dünən, 23:48 Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb Dünən, 22:48 Biləsuvarın bəzi ərazilərində işıq kəsiləcək Dünən, 22:48 Qarabağda iş yerləri: 3 min manata qədər yeni vakansiyalar Dünən, 22:48 "Yayda toz-torpaq, qışda isə palçıq" - Ağsu sakinlərinin yol dərdi Dünən, 22:48 FHN dənizdə batan 19 yaşlı Zeynəbin axtarışına helikopter cəlb edib Dünən, 22:48 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib Dünən, 21:48 Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib Dünən, 21:48 Hacı Kərimov Avropa çempionatının finalına çıxıb Dünən, 21:48 Köməksiz vəziyyətdə qalan vətəndaşlar XİLAS EDİLDİLƏR Dünən, 21:48 Ağstafada ağır qəza: Avtomobil su arxına düşdü Dünən, 21:48 Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun Dünən, 21:48 Vuçiç parlament seçkiləri təyin edildikdən sonra istefa vermək niyyətində olduğunu açıqlayıb Dünən, 21:48 Tokayev Trampın siyasətini dəstəklədiyini bildirib, onu Qazaxıstana səfərə dəvət edib Dünən, 20:48 Dünyanın 1 nömrəli avtomobil idxalçısı – Azərbaycan və Gürcüstan avtomobil biznesi üçün tarixi gün! Dünən, 20:48 Yaşayış binasının altında mərasim evi açılması sakinlərin etirazına səbəb oldu Dünən, 20:48 Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR Dünən, 20:48 Tramp ona sui-qəsd ediləcəyi təqdirdə İranı bombalamaq barədə göstəriş verib Dünən, 20:48 Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib Dünən, 19:48 Azərbaycan İran və Rusiyaya pambıq tədarükünü kəskin artırıb Dünən, 19:48 Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb Dünən, 19:48 Uşaqları bu saatlarda dənizə aparmayın! - XƏBƏRDARLIQ Dünən, 19:48 Tramp: İran ABŞ-dən danışıqları davam etdirməyi xahiş edib Dünən, 19:48 Cəlilabad və Biləsuvardan olan fermerlərə 10 min manatdan çox sığorta ödənişləri edilib Dünən, 18:48 İqtisadi Şuranın iclası keçirilib Dünən, 18:48 "Qan pulu"nu alanda insan dirilir?!" Dünən, 18:48 Bakıda partlayışda xəsarət alan ər-arvad xəstəxanada ÖLDÜLƏR Dünən, 18:48 "Ərzaq təminatı xəritəsi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib Dünən, 18:48 Sürücülər üçün "parkur": Bakıda bina inşa edib, yola pilləkən saldılar Dünən, 18:48 FIFA ilə UEFA arasında gərginlik: Yeni qaydalar dünya futbolunu iki cəbhəyə bölüb Dünən, 18:48 Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Özbəkistana ekstradisiya edib Dünən, 18:48 Bakıda bəzi avtobus marşrutlarının hərəkət sxemi dəyişdirildi Dünən, 17:48 Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlanıb Dünən, 17:48 Psixoloqdan gözlənilməz açıqlama: Arıqlamağın sirri pəhrizdə deyil Dünən, 17:48 Kibrit qalmaqalında ittiham olunan 67 yaşlı şəxs həbsdə saxlanıldı Dünən, 17:48 Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ Dünən, 17:48 Xocalı və Ağdərədə 34 ildən sonra sakinlər taxıl biçini aparır Dünən, 17:48 Son bir həftədə yaşıllıqlara 36 min manatdan çox ziyan dəyib Dünən, 17:48 Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi təyin olunub Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR