Bu gün, 21:48 47

Bir zamanlar dəyəri yox idi, indi isə yüz milyonlarla dollar edir: Ən sirli pul kisələrindən biri yenidən aktiv oldu

"Satoşi dövrü"nün ilk "Bitcoin" maynerlərindən biri özünə məxsus kriptovalyutanın 203 milyon dollar dəyərindəki hissəsini iki böyük kriptobrokerə köçürüb. Analitiklər həmin pul kisəsinin sahibini "Bitcoin"in sirli yaradıcısı Satoşi Nakamotonun hələ aktiv olduğu erkən dövrə aid edirlər.

Oxu.Az xəbər verir ki, bu barədə "Onchain Lens" platforması "Arkham" analitik şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, "kriptobalina" (böyük həcmdə kriptovalyuta sahibi) 2 650 BTC-ni üç tranzaksiya vasitəsilə "FalconX" və "Cumberland" platformalarına köçürüb. Bu köçürmənin birbaşa satış məqsədilə edilib-edilmədiyi hələlik dəqiq məlum deyil, lakin belə aktivliklər çox vaxt irihəcmli sövdələşmələrdən əvvəl müşahidə olunur. Analitiklərin hesablamalarına əsasən, ən qədim "Bitcoin" sahiblərindən birinin pul kisəsində hələ də təxminən 462 milyon dollar dəyərində 6 000 BTC qalmaqdadır.

Kriptovalyuta tarixində "Satoşi dövrü" adlandırılan mərhələ 2009-cu ildə "Bitcoin" şəbəkəsinin istifadəyə verilməsi ilə başlayıb və 2011-ci ildə Satoşi Nakamotonun qəfildən yoxa çıxması ilə başa çatıb.

Həmin illərdə "Bitkoin"lər sadə ev kompüterlərində hasil edilir, şəbəkədə təsdiqlənən hər blok üçün maynerlərə 50 BTC mükafat verilirdi və bu rəqəmsal aktivin demək olar ki, heç bir maddi dəyəri yox idi. O dövrün tanınmış maynerlərindən olan Laslo Haneç 2010-cu ildə tarixdə ilk dəfə "Bitcoin"lə real alış-veriş edərək iki pizza üçün 10 min BTC ödəyib. Həmin vaxt bu alış təxminən 40 dollar dəyərində qiymətləndirilmişdi, yəni 1 BTC-nin məzənnəsi cəmi 0.4 sent idi. Bugünkü məzənnə ilə isə həmin "Bitkoin"lərin ümumi dəyəri təxminən 770 milyon dollar təşkil edir.

Laslo Haneçdən fərqli olaraq, öz rəqəmsal aktivlərini təxminən 15 il ərzində toxunulmaz saxlayan bu "Satoşi dövrü balinası" əlindəki 2 650 BTC-ni satmaq qərarına gəlibsə, inanılmaz məbləğdə xalis mənfəət əldə edəcək.

Paylaş

Xəbər lenti

Dövlət başçısı: "Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir" Bu gün, 22:48 İran rəsmiləri Qətərə yollandılar: ABŞ ilə mümkün sülh müqaviləsi müzakirə olunacaq Bu gün, 22:48 Qəzalı binaların təşviş içərisində yaşayan sakinləri - "Cənazəm niyə belə evdən çıxsın?!" Bu gün, 22:48 WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir Bu gün, 22:48 Mayda uşaqlar üçün gizli təhlükə - Valideynlərə XƏBƏRDARLIQ Bu gün, 22:48 İqor Babuşkin Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 22:48 İran zənginləşdirilmiş uranı Çinə verə bilər Bu gün, 22:48 Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb Bu gün, 22:48 Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib Bu gün, 21:48 Bir zamanlar dəyəri yox idi, indi isə yüz milyonlarla dollar edir: Ən sirli pul kisələrindən biri yenidən aktiv oldu Bu gün, 21:48 Gəncə Memorial Kompleksində işıqlandırma niyə işləmir? - Rəsmi AÇIQLAMA Bu gün, 21:48 Keniya Prezidenti: Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram Bu gün, 21:48 "Milan"dan sensasion qərar - Dörd ayrılıq birdən Bu gün, 21:48 Prezident: "Biz nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik" Bu gün, 21:48 Dövlət başçısı: "Subsidiya veririk və 10 il bu davam edir, belə olmaz" Bu gün, 21:48 İlham Əliyev: "May ayında Bakıda belə yağışın yağmasını mən xatırlamıram" Bu gün, 21:48 Naxçıvanın bir sıra şəhər və rayonlarında işıq olmayacaq Bu gün, 20:48 Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq Bu gün, 20:48 Tokayev: Azərbaycan dünya arenasında nüfuzunun artırılmasında böyük uğurlar qazanıb Bu gün, 20:48 Qurbanlıq heyvan almaq çətinləşir? – QİYMƏTLƏR Bu gün, 20:48 Maya Sandu Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb Bu gün, 19:48 Lukaşenko: Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm Bu gün, 19:48 Türkiyənin məşhur brend markası "ATASAY" Azərbaycanda! Bu gün, 19:48 Azərbaycan Prezidenti Pakistandakı terror aktını pisləyib Bu gün, 19:48 Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının 35 illiyi qeyd olunub Bu gün, 19:48 Saqqız çeynəməyin beyinə təsiri hamını təəccübləndirdi Bu gün, 19:48 İlham Əliyev Si Cinpinə başsağlığı verib Bu gün, 19:48 Kamran Əsədovun məhkəməsi keçirilib Bu gün, 18:48 Xaricdə Azərbaycana qarşı casusluq edən şəxsə AĞIR CƏZA Bu gün, 18:48 Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq Bu gün, 18:48 Azərbaycanda bu şəxslərə pulsuz mənzillər veriləcək Bu gün, 18:48 Azərbaycan Prezidenti Pakistanın Baş nazirinə başsağlığı verib Bu gün, 18:48 Gürcüstan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 18:48 Süper güclərin rəqabəti kəskinləşdi: süni intellekt investisiyalarında rekord artım Bu gün, 17:48 Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib Bu gün, 17:48 Kanadalılar ABŞ siyasətindən narahatdır Bu gün, 17:48 Putin Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 17:48 Sabah Suraxanının bəzi küçələrində qaz olmayacaq Bu gün, 17:48 Qatarla Tbilisiyə gedənlər sığortanı hansı vağzallardan ala bilərlər? Bu gün, 17:48 Si Cinpin İlham Əliyevi təbrik etdi Bu gün, 17:48 Toral Bayramov "Bursaspor"a keçdi - RƏSMİ Bu gün, 17:48 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib Bu gün, 17:48 Rubio: ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı bu gün irəliləyiş ola bilər Bu gün, 17:48 Azərbaycan və Latviya arasındakı saziş təsdiqləndi Bu gün, 17:48 ADY Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafikini açıqlayıb Bu gün, 17:48 Keçmiş riyaziyyat müəlliməsi 100 minini geri istəyir: "Yanımda ustalara zəng edirdi" Bu gün, 16:48 Mahir Emreli: "Yayda verəcəyim qərar karyeramda ən vaciblərdən biri olacaq" Bu gün, 16:48 Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR