
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Türkiyənin "TRT Haber", "Haber Global", "Milliyet", "Hibya", "Günebakış" və digər xəbər portallarında yayımlanan xəbərlərdə qardaş ölkənin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında geniş nümayəndə heyəti ilə iştirak etdiyi vurğulanıb.
Xəbərlərdə Prezident İlham Əliyevin "Ağıllı şəhər" və "Yaşıl zona" "vizyon"larının işğaldan azad edilmiş ərazilərdə uğurlu tətbiqindən ətraflı bəhs olunub.
Türkiyə mətbuatında Azərbaycanın bu Sessiyada qlobal miqyasda mühüm uğura imza atmasına və ölkəmizin yüksək səviyyəli təşkilatçılığına xüsusi diqqət yetirilib.
Pakistanın DND media orqanı Bakıda keçirilən WUF13-ün qlobal və regional miqyasda aktuallığı və əhəmiyyəti barədə yazıb.
Qeyd olunur ki, müasir şəhərsalma Prezident İlham Əliyev tərəfindən Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas strateji prioritetlərindən biri kimi müəyyən edilib.
Müasir urbanizasiyanın çağırışlarına cavab verən ekosistemlər qurarkən memarlıq ənənələrinin qorunması dövlət siyasətinin əsas istiqamətini təşkil edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.