
Xocavənddə həyat yenidən canlanır.
Doğma yurdlarına qayıdan sakinlər Baku TV-yə müsahibələrində yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək bütün zəruri imkanlarla təmin olunduqlarını bildiriblər.
"Hər iki qızıma mənzil verilib, bütün lazımi şərait yaradılıb", - deyə sakinlərdən biri qeyd edib.
Digər sakin isə artıq üç aydır Xocavənddə yaşadıqlarını bildirərək doğma yurda qayıtmağın sevincini bölüşüb:
"Üç aydır burada yaşayırıq, şəraitimiz çox yaxşıdır. Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq. 44 günlük Vətən müharibəsinin iştirakçısıyam və torpaqlarımıza qayıtmağımızla qürur duyuram".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.