Bu gün, 20:48 40

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

Mayın 26-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətlərinə baxılmasına dair ilkin baxış iclası başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakimlər Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin prokurorları Anar Ələkbərov və Sevinc Qasımova, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

İclasda məhkəmə tərkibi və tərcüməçilər proses iştirakçılarına təqdim olunub, məhkumların şəxsiyyət və anket məlumatları dəqiqləşdirilib, onların prosessual hüquq və vəzifələri izah edilib.

Tərəflər məhkəmə tərkibinə və tərcüməçilərə etirazlarının olmadığını bildiriblər.

Bundan əlavə, tərcüməçilərə qanunvericiliyin tələbləri, hüquq və vəzifələri izah olunub, məhkumların onlara etirazlarının olub-olmaması dəqiqləşdirilib. Müdafiəçilər, zərərçəkmiş şəxslərin nümayəndələri və dövlət ittihamını müdafiə edən prokurorların səlahiyyətləri elan olunub.

Dövlət ittihamını müdafiə edən prokuror Anar Ələkbərov çıxışında bildirib ki, apellyasiya şikayətləri verilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl olunub. O qeyd edib ki, hazırkı mərhələdə məhkəmə baxışına hazırlıq iclasının predmetini işin apellyasiya baxışına təyin edilməsinin mümkünlüyü məsələsi təşkil edir. İttiham tərəfi hesab edir ki, apellyasiya icraatının başlanılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual şərtlərə əməl olunub və iş əlavə sübutlar tələb edilmədən məhkəmə baxışına təyin edilə bilər.

Məhkəmə tərəflərin mövqelərini və verilmiş vəsatətləri müzakirə etdikdən, həmçinin tərəflərin verilən vəsatətlərə münasibətini öyrəndikdən sonra müşavirəyə gedib.

Müşavirədən sonra qəbul edilmiş qərarlar elan olunub və cinayət işi apellyasiya baxışına təyin edilib. Bildirilib ki, məhkəmə baxışı istintaq aparılmadan və əlavə sübutlar tədqiq edilmədən iyunun 2-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Paylaş

Xəbər lenti

Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub Bu gün, 21:48 Dövlət Proqramı kənd təsərrüfatında yeni inkişaf mərhələsinə şərait yaradacaq Bu gün, 21:48 Səhər yeməyindən imtina bu xəstəliyə yol açır - XƏBƏRDARLIQ Bu gün, 21:48 Təcili yardım xidməti beşgünlük gücləndirilmiş iş rejiminə keçir Bu gün, 21:48 Qu Donqyu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Bu gün, 21:48 "Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək Bu gün, 21:48 Müdafiə naziri Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Bu gün, 20:48 WSJ: ABŞ hərbçiləri gəmilərin Hörmüzdən müşayiətini bərpa edib Bu gün, 20:48 İlham Əliyev: Azərbaycan və İran hər zaman bir-birinin yanındadır Bu gün, 20:48 Bayram günlərində otel və istirahət mərkzələrində qiymətlər necə dəyişir? Bu gün, 20:48 Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb Bu gün, 20:48 İyunda hava necə olacaq? - PROQNOZ Bu gün, 19:49 İspaniya Kralı Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 19:48 Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq Bu gün, 19:48 Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib Bu gün, 19:48 Güclü yağışlar bu yay meyvə və tərəvəzin qiymətinə necə təsir edəcək? - VACİB AÇIQLAMA Bu gün, 19:48 Ermənistanda seçkiqabağı cinayət işləri üzrə 86 nəfər saxlanılıb Bu gün, 19:48 Leyla və Arzu Əliyevalar Lənkəranda şəhid ailəsini ziyarət ediblər Bu gün, 19:48 Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Bu gün, 19:48 İlk dəfə sertifikasiya olunacaq müəllimlərin DİQQƏTİNƏ! Bu gün, 18:48 Donald Tramp İlham Əliyevi təbrik edib Bu gün, 18:48 "Avrora Qrup" Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb Bu gün, 18:48 Qurban kəsilən heyvanın əti necə paylanmalıdır? - İlhaiyyatçı cavab verdi Bu gün, 18:48 Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər Bu gün, 18:48 Emmanuel Makron İlham Əliyevi təbrik edib Bu gün, 18:48 Azərbaycan-BƏƏ Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib Bu gün, 17:48 Prezident bir sıra məhkəmələrə sədr təyin edib Bu gün, 17:48 Rauf Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 17:48 ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir Bu gün, 17:48 Prezident üç nəfər dövlət mükafatı verdi Bu gün, 17:48 MİDA banklardakı 105 milyon manatdan çox depozitini geri götürüb Bu gün, 17:48 Metrodan istifadə edənləin DİQQƏTİNƏ! Yubanmalar müşahidə olunur Bu gün, 17:48 Vitamin B2 ilə bağlı ŞOK ARAŞDIRMA Bu gün, 17:48 Aprelin 26-da keçirilən buraxılış imtahanında dörd nəfər 300 bal toplayıb Bu gün, 17:48 Qubada itkin düşən 36 yaşlı qadın axtarılır Bu gün, 17:48 Azərbaycanda maliyyə inklüzivliyi ilə bağlı yeni Dövlət Proqramı təsdiqlənib Bu gün, 17:48 Azərbaycanda 14 il əvvəlki qətlin üstü açıldı - Qadın həbs edildi Bu gün, 17:48 İrana qaçan ABŞ qadın kəşfiyyatçısına dair məlumat üçün 200 min dollar təklifi Bu gün, 17:48 Sığorta ilə bağlı YENİLİK! 220 manata çatdırılacaq Bu gün, 17:48 Bakıda "Force of Love" 2026 yay festivalı keçiriləcək Bu gün, 16:48 Azərbaycanda ən yaşlı seçicinin 136 yaşı var Bu gün, 16:48 Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq" Bu gün, 16:48 "PAŞA Real Estate" və "Baku White City" Ağ Şəhərdə birgə inkişaf sazişi imzalayıb Bu gün, 16:48 Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik Bu gün, 16:48 Güclü doluya görə "AF Mall"ın üzlüyü qopub qadının ÜSTÜNƏ DÜŞDÜ Bu gün, 16:48 Füzuli küçəsində gölməçə yarandı - Avtomobillər hərəkət etməkdə çətinlik çəkdi Bu gün, 16:48 "Uşağını çıxarma çölə" - Avtobus sürücüsündən uşaqlı sərnişinə qarşı kobud rəftar Bu gün, 16:48 Çapayevdə nəqliyyatın hərəkəti iflic olub Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR