Bu gün, 17:48 58

Fermerin qayğısı nədir? - Aqrar sahə üçün süni intellekt və vahid bazar təklifi

Elşad Məmmədli yazır...

Dünyanın başı indi daha çox süni intellektə qarışıb. Sirr deyil ki, dövlətlərin sürətli inkişafı qarşıda həm də - əsasən bundan asılı olacaq.

Bəs aqrar sahə? Bu, nə dərəcədə lazımdır?

Düzdür, süni intellekt bizdən gələcəkdə yeməyə çörək, ət, yağ, düyü, kartof, alma, armud, keşniş... istəməyəcək. Ancaq bəşəriyyət hələ o fantastik səviyyəyə çatmayıb ki, Yer üzünün əşrəfi sayılan insanlar qidalanmadan yaşamağı bacarsınlar.

Eyni zamanda baş verən son qlobal hadisələr göstərir ki, istənilən vaxt fors-major durumlar - ərzaq çatışmazlığı, onun müəyyən ölkələrdə əlçatanlığı problemləri yarana bilər. Yaxud da idxal hədsiz baha başa gələr.

Odur ki, yeni dünya düzənində daha da güclənmək, qlobal böhranlarda çıxılmaz vəziyyətə düşmək istəməyən praqmatik dövlətlər aqrar sahənin yüksəlişinə xüsusi diqqət yetirirlər, süni intellekt alətlərini daha çox kənd təsərrüfatında tətbiq etməyə qərarlıdırlar.

Bu kontekstdə Prezident İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirməsi və konkret tapşırıqlar verməsi, müvafiq qurum və şəxslər qarşısında tələblər qoyması olduqca əhəmiyyətlidir, yaxın və uzaq gələcəyə, ölkənin, vətəndaşların sosial rifahına həssaslıqla yanaşmanın göstəricisidir. Bu, günümüzün zərurətidir.

Fermerin qayğısı nədir? - Aqrar sahə üçün süni intellekt və vahid bazar təklifi

Əslində, Prezident uzun illərdir aqrar sahənin inkişafına xüsusi diqqət yetirir, çağırışlar edir. Bu yöndə sərəncamlar, fərmanlar imzalanıb, proqramlar həyata keçirilib və keçirilməkdədir.

Hələ 2004-cü ilin əvvəlində aqrar sahə ilə bağlı ilk proqram elan olundu, daha sonra proses davamlı xarakter daşıdı.

Ölkə rəhbərli 11 il öncə - 2015-ci ili Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan etmişdi.

Sözsüz ki, ötən dövr ərzində bir çox ciddi işlər reallaşdırılıb.

İlham Əliyev çıxışında da atılan addımlardan danışıb, əldə olunan nəticələri konkret rəqəmlərlə səsləndirib.

Heyvandarlıq, taxılçılıq, pambıqçılıq, baramaçılıq sahəsində uğurları bölüşüb.

O, eyni zamanda təbii ki, görülən işlərdən arxayınlaşmamağı önə çəkib, arzulanan nəticələrə ötən müddətdə tam nail olunmamasını təəssüflə qeyd edib.

Sitat:

"...Bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi... Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır...

Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır..."

Prezident buğda istehsalının 55 faiz səviyyəsindən əhəmiyyətli dərəcədə yüksəldilməsini, idxalı azaltmağı tapşırıb. Həmçinin deyib ki, Azərbaycan ət, süd, quş əti ilə 100 faiz özünü təmin etməlidir.

Və bəlli olduğu kimi, 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı təsdiqləndi. Kifayət qədər geniş işlər nəzərdə tutulur, ciddi öhdəliklər qoyulub.

Əlbəttə, tapşırıqlardan sonra müvafiq qurumlar dərhal hərəkətə keçməlidirlər, sahə mütəxissiləri təkliflər irəli sürməlidirlər, media isə bu sahədə görülən işlərə xüsusi diqqət yetirməlidir, problemləri qabartmalıdır, maarifləndirmə işləri aparmalıdır, QHT-lər monitorinqlərə başlamalıdırlar. Dövlətinə, xalqına canı yanan hər kəs bir işin qulpundan yapışmalıdır.

Bu yazını qələmə almağım heç də "hərşeyşünaslıq" kimi görünməsin, təsadüfi deyil.

Aqrar sahənin inkişafı ilə bağlı hələ 2015-2018-ci illərdə sədri olduğum QHT-nin dövlət agentliyinin, müvafiq qurumların dəstəyi və tərəfdaşlığı ilə həyata keçirdiyi "Daha güclü dövlət, yaxşı yaşam üçün: Aqrar sahənin inkişafı" kampaniyası çərçivəsində uğurlu işlər görmüşdük, missiyamız üzrə zəif nöqtələri aşkarlayıb uyğun şəkildə təqdim etməyə çalışmışdıq: rayon-rayon gəzərək, habelə Moldova səfərində bu ölkənin aqrar təcrübəsini öyrənərək topladığımız bunları yerli fermerlərlə, lazımi qurumlarımızla bölüşmüşdük. Layihə bir neçə il də müşahidə formasında davam etdi. Bir neçə təsərrüfatı rəsmən birləşdirməyə də nail olmuşduq və s...

Fermerin qayğısı nədir? - Aqrar sahə üçün süni intellekt və vahid bazar təklifi

Düşüncələrimi yenə də bölüşməyi borc bilirəm.

Müşahidələrimə görə, son 7-8 ildə aqrar sahənin inkişafında irəliyə doğru xeyli addımlar atılıb, bir çox məsələlər həllini tapıb. Xüsusən bürokratik əngəllər əhəmiyyətli dərəcədə aradan qaldırılıb və bu, prezidentin iradəsinin nəticəsidir.

Əlbəttə ki, uğurlardan çox danışa bilərik. Ancaq bunların yetərli olmadığını Prezident müşavirədə səsləndirdi. Bizim də gücümüz ona çatar ki, sahədən məlumatlı kimi, aqrar sektorun yüksəlişinə təkan verəcək məsələləri yazaq.

Ümumi rəy bundan ibarətdir ki, kənd təsərrüfatında inkişafın sürətləndirilməsi üçün qısaca ifadə etsək, dörd vacib məsələ var: böyük birgə təsərrüfatlar ideyasının daha da genişləndirilməsi və nizamlı, süni intellekt tətbiqləri ilə idarəçiliyi, suvarma problemlərinin müştərək həlli, məhsulun bazarının öncədən və ya dövlət hesabına təşkili, təsərrüfatların sığortasının təşviqi.

Prezidentin elan etdiyi yeni Dövlət Proqramı bunları da özündə ehtiva edən, kənd təsərrüfatında yeni inkişaf mərhələsinə keçidin anonsudur.

Qarşıya qoyulan məqsəd şübhəsiz ki, təkcə istehsalı artırmaq deyil, rəqabətqabiliyyətli və texnoloji aqrar iqtisadiyyat qurmaqdır. Bu kontekstdə süni intellekt alətlərinin kənd təsərrüfatında tətbiqi günümüzün tələbidir. Xüsusilə suvarma, zərərvericilərdən qorunma, daha böyük anlamda ilkin bazar planlaşdırılması məsələləri üçün çox vacibdir.

Aqrar sahənin inkişafı həm də bölgələrdən şəhərlərə axının qarşısının alınması üçün başlıca şərtdir və cənab Əliyevin elan etdiyi prioritetlərdən biridir. Bunun üçün müasir infrastrukturların qurulmasına xüsusi önəm verilməlidir.

Ən ümdə məsələlələrdən biri də ixracla bağlıdır. Azərbaycanın dadına, keyfiyyətinə görə tamamilə fərqlənən məhsulları aqrar brendimiz kimi dünyaya daha geniş arealda çıxarıla və böyük bazar, nüfuz qazana bilər.

Ancaq bunun üçün başlıca şərtlərdən biri fermerlərin beynəlxalq standartlara uyğun məhsul istehsal etməsidir. Yəni tərkibindəki kimyəvi maddələr və s. norma daxilində olmalıdır.

Təsərrüfatların sığortalanması məsələsi də kifayət qədər vacibdir.

Fermerlər sürətlə dəyişən iqlim şərtlərini nəzərə alaraq sığortasız çalışmaqdan çəkinməlidirlər. Müvafiq sığorta təşkilatları da bunun üçün uyğun, gərəkəndə kredit yolu ilə sığorta paketləri hazırlamalıdırlar.

Nəhayət, bu gün aqrar sahə sahibkarlarını, kəndliləri ən çox qayğılandıran məsələ istehsal etdiyi məhsulun satışının təşkil olunmasıdır. Məsələn, fermer görür ki, qarpız bazarlarda məsələn, 40 qəpiyə satılır, amma sahədə vasitəçilər ondan bu məhsulu 5-10 qəpik arasında almaq istəyirlər.

Fermerin qayğısı nədir? - Aqrar sahə üçün süni intellekt və vahid bazar təklifi

Yaxud da çəltik, pomidor-xiyar, alma, fındıq və s.

Dünya və Azərbaycanın Taxıl Fondu təcrübəsində özünü doğrultmuş üsul - məhsulun fermerdən hökumət yaxud dövlətin tapşırıq verdiyi özəl qurum tərəfindən vahid bazar şəklində alınması və sonra pərakəndə paylanması böyük fayda verər.

"Torpaq adamları"nı narahat edən məsələ istehsal etdiyi məhsulu sata bilməməsi və ya çox ucuz qiymətə satmasıdır ki, növbəti illərdə bu işlə məşğul olmaqdan onu çəkindirir.

Bunun üçün fermerlərin məhsulunu müasir vasitələrlə - onlayn qaydada, belə deyək ki, hərracla satması üçün bir internet resursu da yaratmaq arzuolunandır. Bir çox aqrar ölkələrin təcrübəsində mövcuddur.

Əgər əkinçinin, istehsalçının bazar, malının əlində qalmaması problemi olmasa, çox ciddi dönüşün şahidi olarıq.

Aqrar sahədə çalışan və şəxsən tanıdığım bir adam deyir ki, ötən mövsümdə xeyli çəltik yetişdirib, amma ərsəyə gətirdiyi, bazar-dükanlarda 4 manatdan baha satılan düyü məhsulunu böyük biznes şəbəkələri ondan heç 1.5 manata da almaq istəmirlər. Deyirlər ki, xaricdən ucuz gətiririk...

Bu məsələdə nizam, ümumi bazar formalaşsa, kəndli də qazanar, fermer də, istehlakçı da, dövlət də.

Paylaş

Xəbər lenti

"Qəbələ" "Mingəçevir"i məğlub edərək Premyer Liqada yerini qoruyub Bu gün, 21:48 Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb Bu gün, 21:48 ABŞ-nin müxtəlif ştat və şəhərləri Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar Bu gün, 21:48 Tbilisi teleqülləsi və "Sülh körpüsü" Azərbaycan bayrağının rənglərində işıqlandırılıb Bu gün, 21:48 Azərbaycanlı gənc Niderlandda faciəvi şəkildə öldü Bu gün, 21:48 Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 21:48 Göyçayda qəzada ölən yeniyetmə 7-ci sinif şagirdi imiş Bu gün, 20:48 "Haber Global": "İlham Əliyev müstəqilliyin elan edildiyi gündə Şuşaya anlamlı səfər reallaşdırdı" Bu gün, 20:48 Vaşinqton meri 28 mayı ABŞ paytaxtında Azərbaycanın Müstəqillik Günü elan edib Bu gün, 20:48 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi Bu gün, 20:48 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşaya səfərlə bağlı videoçarx paylaşılıb Bu gün, 20:48 "Axios": ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər Bu gün, 20:48 İrakli Kobaxidze İlham Əliyevi təbrik edib Bu gün, 20:48 Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik Bu gün, 20:48 Avropa Komissiyası "Temu"nu cərimələdi Bu gün, 19:48 Balıq bazarında qıtlıq: Daha da bahalaşacaq? Bu gün, 19:48 Cəlilabadda suda boğulan gənc tələbə imiş və iyulda əsgərliyə gedəcəkdi Bu gün, 19:48 "Sabah"ın futbolçusu evləndi Bu gün, 19:48 Prezident İlham Əliyev: "Hər gün gücümüz artır, bölgədə söz sahibiyik" Bu gün, 19:48 Novxanıda günlərdir yola axan su ilə bağlı ADSEA-dan AÇIQLAMA Bu gün, 19:48 BMT Baş katibinin müavini: Azərbaycanla daha dərin əməkdaşlıq üçün zəmin yaranıb Bu gün, 19:48 Məhəbbət Kazımovun qardaşı vəfat etdi Bu gün, 18:48 İlham Əliyevin sosial media hesablarında Böyük Qaladərəsi kəndindəki sakinlərlə görüşü barədə paylaşım edilib Bu gün, 18:48 Efendiler Group Qurban Bayramı münasibətilə 100 aztəminatlı ailəyə yardım göstərdi Bu gün, 18:48 Cəlilabadda canavarlar təsərrüfata hücum edib Bu gün, 18:48 Novxanı sakinləri ŞİKAYƏTÇİDİR - İçməli su günlərdir yola axır Bu gün, 18:48 Qiyməti əl yandıran bu çiyələk zərərlidir? Bu gün, 18:48 Vəkillər Kollegiyasının məşhur üzvü vəfat etdi Bu gün, 17:48 ABŞ İranı atəşkəs rejiminin "kobud şəkildə pozulmasında" ittiham edib Bu gün, 17:48 Fermerin qayğısı nədir? - Aqrar sahə üçün süni intellekt və vahid bazar təklifi Bu gün, 17:48 İlham Əliyevin Böyük Qaladərəsində sakinlərlə səmimi söhbəti: "Haber Global"ın reportajı Bu gün, 17:48 Elşad Quliyev: "Avstriya ilə oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq" Bu gün, 17:48 Ermənistanda hərbi parad: Paşinyan seçkiyə güc nümayişi ilə gedir? Bu gün, 17:48 Zakir Həsənov Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Bu gün, 17:48 Naxçıvan-Ordubad avtomobil yolunda asfaltlanma işləri aparılır Bu gün, 17:48 XİN: Gürcüstan Azərbaycanla dostluğu və strateji tərəfdaşlığı yüksək qiymətləndirir Bu gün, 16:48 Qarabağlı nənənin Prezidentdən səmimi istəyi: "Şuşa qızıma salam apar" Bu gün, 16:48 "İqlim silahı" işə düşüb? - Artan yağışlarla bağlı İLGİNC İDDİA Bu gün, 16:48 Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib - XƏBƏRDARLIQ Bu gün, 16:48 AQTA: Bayram günü 10 mindən artıq heyvanın kəsimi həyata keçirilib Bu gün, 16:48 Vəkillər Kollegiyasının üzvü vəfat etdi Bu gün, 16:48 Azərbaycanın minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb Bu gün, 16:48 Salyanda çətənə kolları yetişdirən keçmiş məhkum saxlanıldı Bu gün, 15:48 Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir Bu gün, 15:48 Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir Bu gün, 15:48 Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir Bu gün, 15:48 Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi Bu gün, 15:48 "Sabah" slovakiyalı hücumçu ilə vidalaşıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR