1-06-2026, 17:48 270

Starmer: Britaniya iqlim məsələsində xalis sıfıra nail olmaq məqsədilə Azərbaycanla işləməyə sadiqdir

Böyük Britaniyanın Baş naziri Kir Starmer 31-ci "Bakı Enerji Həftəsi"nə məktub göndərib.

BAKU.WS report-a istinadən xəbər verir ki, məktubu Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Devid Rid oxuyub.

Məktubda deyilir:

"Hörmətli Prezident Əliyev.

2026-cı ilin "Bakı Enerji Həftəsi"ndə iştirak edən hər kəsə səmimi salamlarımı yetirməkdən məmnunam. Qlobal qeyri-müəyyənlik dövründə Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin və dayanıqlı mövqenin gücləndirilməsində çox mühüm tərəfdaş olaraq qalır.

On səkkiz ay əvvəl COP29-da iştirak üçün Bakıya səfər etdiyimiz zaman enerji keçidinə Azərbaycanın yetirdiyi ciddi diqqət mənə dərin təəssürat bağışladı. Həmin vaxtdan etibarən planlar fəaliyyətə çevrildi və bərpaolunan mənbələrdə enerji istehsalı sürətləndi, həm quruda, həm də dənizdə yaşıl enerjinin nəqli üçün geniş həll variantları təqdim olundu. Ölkəniz Ukraynanın enerji infrastrukturuna Rusiyanın davamlı və qanunsuz hücumları qarşısında həmin ölkənin enerji dayanıqlılığının möhkəmləndirilməsində mühüm rol oynadı. Ölkəniz təchizat zəncirlərinin şaxələndirilməsi yolu ilə öz enerji dayanıqlılığını formalaşdırmaq məqsədilə Avropa ölkələrinə imkanlar yaratdı. Həmçinin ötən il ölkəniz Sizin uzunmüddətli sülhə sadiqliyinizi gücləndirərək Ermənistana enerji ixracına başladı".

Baş nazir məktubunda qeyd edib ki, ortaq iqlim məqsədlərinə doğru çalışdığımız bir vaxtda Birləşmiş Krallıq iqlimə müqavimətimizi gücləndirmək və 2050-ci ilə qədər xalis sıfra nail olmaq məqsədilə bu hökumətin planları üçün çox vacib olan qlobal enerji keçidini sürətləndirmək naminə Azərbaycanla çiyin-çiyinə işləməyə sadiq qalır:

"Britaniyanın sənayesi başda olmaqla, bizim uzunmüddətli enerji tərəfdaşlığımız ikitərəfli münasibətlərimizin təməl daşı rolunu oynayacaq, hər iki iqtisadiyyatda artımı sürətləndirən amil kimi davamlı xidmət edəcək. Bərpaolunan enerji və təmiz texnologiyalar sahəsində ekspert bacarıqlarımızı birləşdirərək, biz xalis sıfra nail olmaq və çiçəklənən, davamlı gələcəyi təmin etmək baxımından zəruri olan innovasiyanı inkişaf etdirə bilərik.

Bu təşəbbüs üçün göstərdiyiniz liderlik keyfiyyətlərini alqışlayır, Sizə və bütün iştirakçılara olduqca məhsuldar və uğurlu tədbir arzu edirəm".

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR