Bu gün, 22:48 74

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib

Bakı Enerji Həftəsi çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"u keçirilir və bu tədbirlər Azərbaycanın enerji sektorunda qazandığı uğurların nümayiş etdirilməsi, yeni tərəfdaşlıqların qurulması və qlobal enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

AVESTA.AZ xəbər verir ki, bunu "Report"a Milli Məclisin üzvü Azər Badamov açıqlayıb.

"Bakı Enerji Həftəsinə qlobal maraq ildən-ilə artmaqdadır", - o bildirib və əlavə edib ki, tədbirdə 46 ölkədən 276 şirkət iştirak edir.

Deputat vurğulayıb ki, bu şirkətlərin təxminən 60 faizini xarici şirkətlər təşkil edir: "Eyni zamanda sərgidə iştirak edən şirkətlərin əhəmiyyətli hissəsinin yeni iştirakçılar olması Azərbaycanın enerji sektoruna beynəlxalq biznes dairələrinin artan marağını göstərir.

Tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Beynəlxalq Neft və Qaz Sərgisinin yaranma tarixindən, ölkə iqtisadiyyatının inkişafında oynadığı roldan və Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən bəhs edib. Prezident öz çıxışında neft və qaz sektorunda əldə olunan nailiyyətlərlə yanaşı, yaşıl enerji sahəsində həyata keçirilən layihələr və qarşıda duran strateji hədəflər haqqında da geniş məlumat verib".

Deputatın sözlərinə görə, bu gün yaşıl enerjinin inkişafı yalnız ekoloji məsələ deyil, eyni zamanda, iqtisadi təhlükəsizliyin, enerji dayanıqlığının və milli rəqabətqabiliyyətliliyinin əsas amillərindən biridir. "Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır", - o qabardıb.

A. Badamov Qara dənizin dibi ilə Avropaya yaşıl enerji kabelinin çəkilməsi layihəsi, Gürcüstan, Türkiyə və Bolqarıstan vasitəsilə yeni enerji marşrutlarının formalaşdırılması, eləcə də Zəngəzur dəhlizi üzərindən yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində işlərin davam etdirildiyini bildirib:

"İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin "yaşıl enerji zonası" elan edilib. Bu ərazilərdə bərpa olunan enerji potensialının reallaşdırılması məqsədilə genişmiqyaslı layihələr həyata keçirilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə 360 meqavatdan artıq hidroenerji gücü bərpa olunub, əlavə olaraq təxminən 300 meqavat gücündə hidroelektrik stansiyaların yenidən qurulması və istifadəyə verilməsi istiqamətində işlər aparılır.

Bununla yanaşı, beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq çərçivəsində yeni layihələr reallaşdırılır. BP şirkəti ilə Cəbrayıl və Zəngilan rayonlarında günəş və külək elektrik stansiyalarının tikintisi istiqamətində işlər davam etdirilir. Nəticədə Qarabağ və Şərqi Zəngəzurda istehsal olunacaq yaşıl enerji yalnız regionun enerji təminatını gücləndirməyəcək, həm də ixrac potensialının artırılmasına xidmət edəcək".

Deputat bu kontekstdə Zəngəzur dəhlizinin əhəmiyyətini qabardıb. "İnşa ediləcək Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin yeni və strateji qolu kimi çıxış edəcək", - A. Badamov diqqətə çatdırıb və qeyd edib ki, dəhliz vasitəsilə yalnız yükdaşımalar deyil, həm də enerji, yaşıl enerji və rəqəmsal kommunikasiya xətləri həyata keçiriləcək.

Bu isə Azərbaycanın tranzit və logistika imkanlarını daha da genişləndirəcək, ölkənin regional və qlobal əhəmiyyəti artıracaq. Deputatın fikrincə, Azərbaycanın enerji siyasətinin əsas uğurlarından biri də dünya okeanlarına birbaşa çıxışı olmayan ölkə kimi enerji resurslarının beynəlxalq bazarlara çatdırılması üçün uğurlu diplomatik və iqtisadi əməkdaşlıq modelini formalaşdırmasıdır:

"Məhz qonşu və tərəfdaş ölkələrlə qurulan etibarlı münasibətlər nəticəsində Azərbaycan neft və qazını dünya bazarlarına çıxarmağa nail olub, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib.

Bu baxımdan 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar da xüsusi əhəmiyyət daşıyır. Həmin razılaşmalar Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində siyasi və iqtisadi zəminin möhkəmləndirilməsinə xidmət edir və layihənin strateji əhəmiyyətini daha da artırır. Bununla da Zəngəzur dəhlizi təkcə regional deyil, Avrasiya məkanının əsas nəqliyyat və enerji marşrutlarından birinə çevrilmək potensialı qazanır.

Beləliklə, Azərbaycan Asiya ilə Avropa arasında beynəlxalq nəqliyyat, enerji və kommunikasiya dəhlizlərinin kəsişdiyi mühüm geostrateji mərkəzə çevrili".

Paylaş

Xəbər lenti

Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb Bu gün, 23:48 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib Bu gün, 23:48 Qlobal enerji gündəmi Bakı Enerji Həftəsində formalaşır Bu gün, 23:48 Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq Bu gün, 23:48 İsrail Ordusu Beyrutun cənubundakı sakinləri təxliyə olunmağa çağırıb Bu gün, 23:48 "Haber Global": "İlham Əliyev Bakı Enerji Həftəsində mühüm mesajlar verdi" Bu gün, 22:48 IRENA yaşıl enerji layihələri ilə bağlı Azərbaycanın liderliyini təqdir edib Bu gün, 22:48 Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib Bu gün, 22:48 "Mançester Siti"də yeni dövr: Qvardiolanı köməkçisi əvəz edə biləcək? Bu gün, 22:48 SOCAR-la "ExxonMobil Corporation" arasında memorandum üzrə görülən işlər nəzərdən keçirilib Bu gün, 22:48 Prezident: "Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcək" Bu gün, 21:48 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik edib Bu gün, 21:48 40 yaşdan sonra şirniyyata meyl artmasının səbəbi açıqlanıb Bu gün, 21:48 Azərbaycan "ağıllı" strategiyanın praktik nümunəsini təqdim edir Bu gün, 21:48 "Acwa": Mərkəzi Asiya ölkələrində aparılan islahatlar BOEM-ə investisiyaların artımını təmin edib Bu gün, 20:48 ABŞ və ÇXR təhlükəsizlik məsələləri üzrə birgə məsləhətləşmələr keçirib Bu gün, 20:48 Bu hallarda sürücülük hüququndan məhrum edilə bilərsiniz - XƏBƏRDARLIQ Bu gün, 20:48 Bakı-Tbilisi-Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verilir Bu gün, 20:48 Prezident İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olunub Bu gün, 20:48 Şərqi Zəngəzurla Naxçıvan arasında 1 000 MVt-lıq layihə: Müzakirələr başladı Bu gün, 19:48 Şəkinin iki kəndində qaz kəsiləcək Bu gün, 19:48 Azərbaycanda yumurtanın qiyməti ucuzlaşa bilər Bu gün, 19:48 Qırğızıstan Mərkəzi Asiya ölkələrini bərpa olunan enerji mənbələrini birgə inkişaf etdirməyə çağırıb Bu gün, 19:48 Üzərində ev tikilmiş kanalizasiya kollektoru partladı: Təmir işləri aparmaq mümkün olmur Bu gün, 18:48 Bakıda səhiyyə mərkəzinin əməkdaşı VƏFAT ETDİ Bu gün, 18:48 SOCAR, "TotalEnergies" və XRG rəhbərləri arasında görüş keçirilib Bu gün, 18:48 Həkim sağlam qocalmaq üçün hər gün bu meyvəni yeməyi tövsiyə edib Bu gün, 18:48 Yerlan Akkenjenov: "Qazaxıstan qısa müddətdə BTC ilə tranzit həcmini artırmağa hazırdır" Bu gün, 18:48 Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib Bu gün, 18:48 Bakıda milyonluq mənzillər və villalar hərraca çıxarılır - SİYAHI Bu gün, 18:48 Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 17:48 Yollarda tıxac və qəzaların sayını azaldan HƏLL YOLU Bu gün, 17:48 SOCAR Serbiya şirkəti ilə Niş şəhərində qaz elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb Bu gün, 17:48 Mesut Özil: "Qarabağ" Çempionlar Liqasında çox gözəl oynadı" Bu gün, 17:48 DSX rəisi iranlı generalla müzakirələr apardı Bu gün, 17:48 Sosial şəbəkələr və oyunlar: Yeni dövrün səssiz təhlükəsi Bu gün, 17:48 Röya Ayxandan təqdirəlayiq addım Bu gün, 17:48 Sevgilisini anlaqsız vəziyyətdə xüsusi amansızlıqla öldürən şəxs barədə YEKUN QƏRAR Bu gün, 17:48 Sahibə Qafarova Serbiyada səfərdədir Bu gün, 17:48 Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması müzakirə edib Bu gün, 17:48 Starmer: Britaniya iqlim məsələsində xalis sıfıra nail olmaq məqsədilə Azərbaycanla işləməyə sadiqdir Bu gün, 17:48 Ləğv olunmuş MTN-in sabiq generalı ölüb Bu gün, 16:48 Səhiyyə Nazirliyi Xankəndidə uşaqlar üçün tibbi aksiya keçirdi Bu gün, 16:48 Banqladeş SOCAR ilə LNG tədarükünə dair danışıqlar aparır Bu gün, 16:48 İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib Bu gün, 16:48 SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir Bu gün, 16:48 Bu tarixlərdə rayonlara yağış yağıb, sel keçəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR