Bu gün, 15:48 78

Yarım milyon manatlıq dələduzluqla bağlı məhkəmədə məcburi gətirilmə qərarı çıxarılıb

Yarım milyon manatdan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, "Bakutime.az" saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Zaur Mirzəzadə növbəti dəfə iştirak etməyib.

Məhkəmə təqsirləndirilən şəxsin prosesə məcburi gətirilməsi barədə qərar qəbul edib.

Proses 16 iyunda davam etdiriləcək.

Ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən hər üç şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Piriyevə qarşı 504 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.

Digər təqsirləndirilən Qoşqar Məmmədov başqa epizod üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda o azadlıqdadır.

Paylaş

Xəbər lenti

Bakıda kişi sevgilisini döydü: "Qapını bağlayıb, qonşuya gedəcəyini dedi" Bu gün, 16:48 Fərid Ələsgərova Bakı Metropolitenində VƏZİFƏ VERİLDİ Bu gün, 16:48 MKA Azərbaycanda qanunsuz onlayn mərc oyunlarının qarşısını almaq üçün tədbirlər görəcək Bu gün, 16:48 Rəqsanə İsmayılova Mətanət İsgəndərlinin konsertini tərk etməli oldu - SƏBƏB Bu gün, 16:48 Pakistanı qum fırtınası vurdu: 4 ölü, 60 yaralı var Bu gün, 16:48 Sabirabad, Şirvan və Balakəndə qaz kəsiləcək Bu gün, 16:48 Azərbaycan Mərkəzi Bankının aktivləri 5 %-ə yaxın azalıb Bu gün, 16:48 Azərbaycan Mərkəzi Bankının mənfəəti cüzi artıb Bu gün, 16:48 Mundial başlayır - Türkiyənin oyunlarının GÜNÜ VƏ SAATI Bu gün, 16:48 Hər gecə saat 03:00-da oyanırsınız? - Səbəb bu 4 vərdiş ola bilər Bu gün, 16:48 Azərbaycan Ukrayna ilə enerji təhlükəsizliyini müzakirə edib Bu gün, 16:48 İqlim mütəxəssislərindən "El Nino" xəbərdarlığı: Avqustun sonuna qədər... Bu gün, 16:48 AMB yerli banklara və BOKT-lara kredit qoyuluşunu dayandırıb Bu gün, 16:48 Akın Akınözünün yeni serialı bəlli oldu Bu gün, 16:48 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır Bu gün, 15:48 Narkotik istifadəçisi kimi qeydiyyata dair arayış "ASAN xidmət"də veriləcək Bu gün, 15:48 Nazir rəislərin yerini dəyişdirdi Bu gün, 15:48 Günəşdə güclü M sinifli partlayış baş verib Bu gün, 15:48 Aysel Əlizadə konsertdə üzük tapdı Bu gün, 15:48 Polis küləkli hava ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ edib Bu gün, 15:48 Bərdənin 18 kəndi və iki qəsəbəsində qaz KƏSİLƏCƏK Bu gün, 15:48 "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırıb Bu gün, 15:48 Yarım milyon manatlıq dələduzluqla bağlı məhkəmədə məcburi gətirilmə qərarı çıxarılıb Bu gün, 15:48 IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək Bu gün, 15:48 Müəllimlərin DİQQƏTİNƏ: Elektron sənəd qəbulu BAŞLAYIR Bu gün, 15:48 Ağız boşluğu xərçəngi "cavanlaşır" - Həkimdən xəbərdarlıq Bu gün, 15:48 Tarkanın pulsuz konsertinə rekord maraq: 300 000 adam növbəyə dayandı Bu gün, 15:48 BTQ vasitəsilə sərnişin daşınacaq? - RƏSMİ AÇIQLAMA Bu gün, 14:48 "Nar" "JestPlus" tətbiqi üzrə maarifləndirici görüş keçirdi Bu gün, 14:48 Türkiyə millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb Bu gün, 13:48 Kannavaro "Sabah"ın futbolçusunu Dünya çempionatına aparmadı Bu gün, 13:48 Ruslar kütləvi şəkildə gənə hücumuna məruz qalıblar Bu gün, 13:48 "Uzaq Şehir"in finalı hamını göz yaşlarına boğdu - 3 aktyor layihəni tərk etdi Bu gün, 13:48 Təkcə 1 ölkədə yetişir, cəmi 3 gün qalır: Qırmızı limon görənləri təəccübləndirir Bu gün, 13:48 Dünyada neft ehtiyatlarının kəskin azalması proqnozlaşdırılır Bu gün, 13:48 Alimləri narahat edən yeni kəşf: stres hormonu beynin plastiklik qabiliyyətini azaldır Bu gün, 13:48 Sabiq millət vəkili vəfat edib Bu gün, 12:48 Hantavirusun yayıldığı kruiz gəmisi yenidən səfərə çıxır Bu gün, 12:48 "Fənərbağça" Levandovski üçün HƏRƏKƏTƏ KEÇDİ - 2 il üçün MİLYONLAR Bu gün, 12:48 TƏBİB-də yeni təyinat: Departament rəhbəri dəyişdi Bu gün, 12:48 Aziz Yıldırım "Mançester Siti"dən futbolçu almaq üçün İngiltərəyə yollandı Bu gün, 12:48 Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi Bu gün, 12:48 20 ballıq cərimə limiti artırılır? Bu gün, 12:48 SOCAR ABŞ şirkəti ilə "yaşıl enerji" keçidində əməkdaşlıq edə bilər Bu gün, 12:48 Mətanət İsgəndərlinin qızı konsertində aparıcı oldu Bu gün, 12:48 Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb Bu gün, 12:48 Baş həkim öz istəyi ilə İŞDƏN ÇIXARILDI Bu gün, 12:48 Sabah bəzi yerlərdə yağış və dolu yağacaq Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR