
Rusiyada Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılışı ərəfəsində Ukrayna tərəfindən genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirilib.
AVESTA.AZ xəbər verir ki, Rusiya rəsmilərinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Moskva, Sankt-Peterburq və digər qərb bölgələrində 350-dən çox PUA-nı məhv edib.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov hücum nəticəsində şəhərin bir neçə rayonunda dağıntıların qeydə alındığını və yaralananların olduğunu bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə uzunmənzilli zərbələr nəticəsində Sankt-Peterburqdakı neft terminalı da daxil olmaqla bir sıra strateji obyektlərin vurulduğunu açıqlayıb.
Hücum Rusiyanın ən nüfuzlu iqtisadi tədbirlərindən biri hesab olunan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun başlanğıcına təsadüf edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.