
ABŞ Silahlı Qüvvələrinə məxsus "AH-64 Apache" döyüş helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
AVESTA.AZ-in "Reuters"ə istinadən verdiyi məlumata görə, helikopterin göyərtəsində olan iki hərbçi sağ xilas edilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb. Helikopterin İran tərəfindən vurulması, texniki nasazlıq və ya digər amillər ehtimal kimi nəzərdən keçirilir. ABŞ rəsmiləri məsələ ilə bağlı əlavə məlumat verməyiblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.