
Hindistan dünyada ən sıx məskunlaşmış ölkə statusunu qorusa da, ölkədə demoqrafik göstəricilərlə bağlı diqqətçəkən azalma qeydə alınıb.
AVESTA.AZ xəbər verir ki, ölkədə qadın başına düşən doğum sayı 1,9-a enib. Bu göstərici əhalinin sabit qalması üçün lazım olan 2,1 həddindən aşağıdır.
Məlumata görə, 2000-ci illərin əvvəlində bu rəqəm 3,3 olub. Azalmanın əsas səbəbləri kimi təhsil səviyyəsinin yüksəlməsi, iqtisadi xərclərin artması və ailə planlamasına çıxış imkanlarının genişlənməsi göstərilir.
Ekspertlər bu tendensiyanın davam edəcəyi halda Hindistanın uzunmüddətli perspektivdə demoqrafik dəyişikliklərlə üzləşə biləcəyini bildirirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.