
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "Səbət bazarı" adlanan ərazisində qeydə alınıb.
"Mercedes" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü Nəzirə Qasımovanı vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.