11-06-2026, 20:48 361

Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Martin Ryan tərcüməçi ilə təmin edilib.

İş üzrə məhkəmə baxışı iyunun 25-ə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış, əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, bir sıra xarici dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Bakı şəhərində Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb. Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub. Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə isə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb Bu gün, 09:48 Vəkil Orxan Kəngərli narkotiklə saxlanıldı Bu gün, 09:48 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi Bu gün, 09:48 Ağdamın iqtisadiyyatı Zəfərdən sonra 8 dəfə böyüyüb Bu gün, 09:48 Xankəndi stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol matçı keçiriləcək Bu gün, 09:48 Azərbaycanda sosial-mədəni tədbirlərə 11 milyard manata yaxın vəsait xərclənib Bu gün, 09:48 Pentaqon rəhbəri müvəqqəti hakimiyyətlə danışıqlar aparmaq üçün Venesuelaya səfər edib Bu gün, 01:48 Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub Bu gün, 01:48 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? Bu gün, 01:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib Dünən, 23:48 Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!" Dünən, 23:48 Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub Dünən, 23:48 Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik Dünən, 23:48 Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir Dünən, 22:48 Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu Dünən, 22:48 General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi Dünən, 22:48 İnsan yatarkən beynində nə baş verir? - Maraqlı kəşf Dünən, 22:48 Şərabın sağlamlığa faydası yoxdur? Həkimdən diqqətçəkən xəbərdarlıq Dünən, 22:48 Ermənistanın Konstitusiyası dəyişir: Paşinyan referendumla bağlı əminliyini bildirdi Dünən, 21:48 Bərdədə piyadanı avtomobil vuraraq öldürüb Dünən, 21:48 Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər Dünən, 21:48 Şimali Kiprdən Azərbaycana güclü dəstək mesajı: "Bir yumruq kimi birləşən xalq" Dünən, 21:48 Bakının bu ərazisində su təchizatında fasilə yaranıb – SƏBƏBİ AÇIQLANDI Dünən, 20:48 Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi Dünən, 20:48 Aprelin 1-dən nələr dəyişir? - Maaş və müavinətlərlə bağlı YENİ XƏBƏR Dünən, 20:48 Ceyhun Bayramov: "Azərbaycan-Türkiyə əlaqələri bənzərsizdir" - "Haber Global"ın süjeti Dünən, 20:48 "Tasnim": Pezeşkianla vitse-prezident arasında fikir ayrılığı yoxdur Dünən, 20:48 Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 19:48 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi Dünən, 19:48 Avtomobil akkumulyatorunu nə vaxt dəyişmək lazımdır? Dünən, 19:48 Bakıda ev tapmaq müşkülə çevrildi: Əl yandıran QİYMƏTLƏR Dünən, 19:48 Görmə məhdudiyyətli Sevincin böyük arzusu: Xalq artisti olmaq! Dünən, 19:48 Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq Dünən, 18:48 Bakı Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb Dünən, 18:48 DİN əməliyyat keçirdi - Saxlanılanlar var Dünən, 18:48 Bakıdakı körpələr evində istilik problemi: "Qaz sayğacını söküb aparıblar" Dünən, 18:48 Yolun təmiri niyə bəzən uzun çəkir? Dünən, 18:48 Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat AYRILDI Dünən, 18:48 Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib Dünən, 18:48 XƏBƏRDARLIQ - Sabah güclü külək əsəcək Dünən, 17:48 Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün Dünən, 17:48 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi Dünən, 17:48 Rusiyaya məxsus təyyarə partlayıcı qurğu barədə siqnaldan sonra Antalyada eniş edib Dünən, 17:48 Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşib Dünən, 17:48 Almaniyanın xarici işlər naziri Azərbaycandakı dini konfessiyaların nümayəndələri ilə görüşüb Dünən, 17:48 Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam Dünən, 17:48 Əli Əsədov Mariam Kvrivişvili ilə görüşüb Dünən, 17:48 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR