
Yaxın zamanlarda azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələrinin yaradılması planlaşdırılır.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev Ümumdünya Qan Donoru Gününə həsr olunan tədbirdə deyib.
O hazırda ölkə üzrə Qan Bankının 8 regional bölməsinin olduğunu vurğulayıb: "Yaxın vaxtlarda azad edilmiş iki iqtisadi rayonda da regional bölmənin açılması planlaşdırılır".
R.Quliyev əlavə edib ki, 2024-cü ilin iyul ayında qəbul edilmiş qərara uyğun olaraq bu sahənin inkişafı və qan xidmətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb:
"Qanunvericilik bazasının möhkəmləndirilməsi, könüllü və təmənnasız donorluğun təşviqi bu sahədə əsas prioritetlərdəndir. Bu gün Dünya Qan Donoru Gününün qeyd olunmasının əsas məqsədi də məhz insanları könüllü qanverməyə təşviq etmək, donorların
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.