14-06-2026, 12:48 243

Qan donoru olmaq üçün hansı şərtlər vacibdir? - Nazirlik rəsmisi AÇIQLADI

"Qan donoru olmaq üçün insanın sağlam olması və müəyyən tibbi tələblərə cavab verməsi vacibdir".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova nazirliyə müsahibəsi zamanı deyib

Həmin müsahibəni təqdim edirik:

- Afət xanım, Ümumdünya Qan Donoru Gününün təsis edilməsində əsas məqsəd nədir və qan donorlarının fədakarlığını necə qiymətləndirərdiniz?

- 14 iyun - Ümumdünya Qan Donoru Günü dünyada könüllü və təmənnasız qan donorlarının cəmiyyət qarşısındakı əvəzsiz xidmətlərini qiymətləndirmək, qan donorluğunun əhəmiyyəti barədə ictimai məlumatlılığı artırmaq və daha çox insanı donor olmağa təşviq etmək məqsədilə təsis edilib. Bu günün qeyd olunması həm də səhiyyə sistemlərinin təhlükəsiz və yetərli qan ehtiyatları ilə təmin edilməsinin vacibliyinə diqqət çəkməyə xidmət edir.

Ümumdünya Qan Donoru Günü insanların diqqətini bir daha ona yönəldir ki, hər gün minlərlə xəstənin həyatı donorların verdiyi qan hesabına xilas edilir. Bu səbəbdən cəmiyyətin davamlı və təhlükəsiz qan ehtiyatlarına malik olması üçün könüllü donorların sayı daim artırılmalıdır.

Qan donoru olmaq üçün hansı şərtlər vacibdir? - Nazirlik rəsmisi AÇIQLADI

Qan donorlarının fədakarlığı xüsusi hörmətə layiqdir. Donorlar heç bir qarşılıq gözləmədən, tanımadıqları insanların sağlamlığı və həyatı naminə qan verirlər. Onların bu humanist addımı bəzən ağır vəziyyətdə olan bir xəstənin həyatını xilas edir, bir ailəyə ümid bəxş edir və bir insanın yenidən sağlam həyata qayıtmasına kömək edir. Donorun verdiyi bir vahid qan müxtəlif komponentlərə ayrılaraq bir neçə xəstənin müalicəsində istifadə oluna bildiyi üçün onların töhfəsi daha da dəyərli hesab olunur.

Xüsusilə müntəzəm donorlar cəmiyyət üçün böyük nümunədirlər. Onlar qan ehtiyatlarının davamlı şəkildə formalaşmasına kömək edir, səhiyyə sisteminin dayanıqlığını gücləndirir və fövqəladə hallarda insanların həyatının xilas edilməsində mühüm rol oynayırlar. Bu insanlar insanpərvərlik, sosial məsuliyyət və həmrəylik dəyərlərinin canlı təcəssümüdür.

14 iyun təkcə donorların əməyinə təşəkkür günü deyil, həm də hər bir sağlam insan üçün qan donorluğunun əhəmiyyətini yenidən xatırladan xüsusi bir gündür. Çünki bir insanın ayırdığı cəmi bir neçə dəqiqə başqa bir insan üçün yeni bir həyat şansı deməkdir.

- Qan donorluğu nədir və cəmiyyət üçün hansı həyati əhəmiyyətə malikdir?

- Qan donorluğu sağlam insanın ehtiyacı olan xəstələrin müalicəsi məqsədilə könüllü şəkildə qan verməsidir. Müasir tibbin sürətli inkişafına baxmayaraq, insan qanını tam əvəz edə biləcək süni vasitə hələ də tapılmayıb. Buna görə də resipiyentlərin ehtiyac duyduğu qan yalnız sağlam donorlar tərəfindən təmin edilə bilər.

Donor qanı ağır cərrahiyyə əməliyyatları, yol-nəqliyyat hadisələri və doğuş zamanı yaranan kəskin qanaxmaların aradan qaldırılmasında, həmçinin talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində həyati rol oynayır. Qan donorluğu sadəcə tibbi prosedur deyil, bütövlükdə cəmiyyətin sağlamlığını və təhlükəsizliyini təmin edən mühüm humanitar fəaliyyətdir.

- Kimlər qan donoru ola bilərlər?

- Qan donoru olmaq üçün insanın sağlam olması və müəyyən tibbi tələblərə cavab verməsi vacibdir. Ümumilikdə, 18-65 yaş arası, sağlamlıq vəziyyəti qənaətbəxş olan şəxslər qan donoru ola bilərlər. Donorun bədən çəkisi adətən ən azı 50 kiloqram olmalıdır.

Qan vermək istəyən hər bir şəxs əvvəlcə tibbi müayinədən keçirilir. Bu zaman onun qan təzyiqi, nəbzi, bədən hərarəti, qanda hemoqlobin səviyyəsi və ümumi sağlamlıq vəziyyəti yoxlanılır. Müayinə nəticələri normal olduqda, həmin şəxsin donorluğuna icazə verilir.

Bəzi hallarda insanlar müvəqqəti və ya daimi olaraq donor ola bilmirlər: qrip, soyuqdəymə, yoluxucu xəstəliklər, hamiləlik, yeni doğuş, ciddi ürək-damar xəstəlikləri, bəzi qan xəstəlikləri, ağır qaraciyər və böyrək çatışmazlığı. Alkoqol qəbul etmiş və ya müəyyən tibbi prosedurlar keçirmiş şəxslər üçün də müvəqqəti məhdudiyyətlər tətbiq olunur.

Donor öz sağlamlığı haqqında düzgün məlumat verməli və tibbi personalın bütün suallarını səmimi şəkildə cavablandırmalıdır. Bu, həm donorun, həm də resipiyentin təhlükəsizliyi üçün çox vacibdir.

- Donor və resipiyentlərin təhlükəsizliyi necə qorunur?

- Bir donor tərəfindən bağışlanan qan vasitəsilə bir neçə insanın həyatını xilas etmək mümkündür. Donor qanı üç müxtəlif komponentə ayrılır:

Eritrosit kütləsi - qan itkisi, cərrahiyyə əməliyyatları, qəzalar, talassemiya, anemiyalar;

Trombositlər - leykemiya, kimyaterapiya, sümük iliyi xəstəlikləri, qanaxmalar;

Plazma - yanıqlar, qaraciyər xəstəlikləri, hemofiliya, şok vəziyyətləri.

Talassemiya, hemofiliya, leykemiya kimi ağır xəstəliklərdən əziyyət çəkən insanlar mütəmadi olaraq qan və qan komponentlərinə ehtiyac duyur. Yol-nəqliyyat qəzaları, təbii fəlakətlər və doğuş zamanı yaranan ağır qanaxmalarda donor qanı həyat xilas edən ən vacib tibbi vasitələrdəndir.

- Müntəzəm qan donorluğu səhiyyə sisteminin davamlı fəaliyyəti baxımından nə üçün mühüm rol oynayır?

- Müntəzəm qan donorluğu səhiyyə sisteminin davamlı və səmərəli fəaliyyəti üçün böyük əhəmiyyət daşıyır. Qan komponentlərinin saxlanma müddəti məhduddur: eritrositlər 35-42 gün, trombositlər isə cəmi 5 gün müddətində saxlanıla bilir. Buna görə də qan ehtiyatlarının daim yenilənməsi vacibdir.

Müntəzəm donorluq qan komponentlərinin defisitinin qarşısını alır, fövqəladə hallara hazırlığı artırır, xroniki xəstələrin müalicəsini dəstəkləyir və hər gün yüzlərlə insanın həyatının xilas edilməsinə şərait yaradır.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR