15-06-2026, 11:48 146

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr olunan təntənəli konsert keçirilib

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera Orkestrinin Xankəndi Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli konserti keçirilib.

BAKU.WS xəbər verir ki, bayram konserti Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkəmizin aparıcı bədii kollektivlərinin genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində gerçəkləşib.

Əvvəlcə Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verilib. Bu əlamətdar tarixlə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müasir müstəqil Azərbaycanın işıqlı gələcəyinin möhkəm təməllərinin qoyulduğu diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin liderliyində sərhədləri bütöv, suverenliyi tam olan qalib Azərbaycan Ulu Öndərin yaratdığı təməlin üzərindən bərqərardır.

Sonra bayram konserti başlanıb.

Orkestr Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin "Arazbarı", Qara Qarayevin "Yeddi gözəl" baletindən "Aişənin rəqsi" və "İldırımlı yollarla" baletindən "Ehtiraslı qızın rəqsi", Fikrət Əmirovun Min bir gecə" baletindən "Şəhrizadın bayramı", həmçinin "Azərbaycan elləri" və "Mǝn sǝni araram" mahnılarını səsləndirib.

Konsertdə həmçinin Niyazinin "Arzu", "Qaytağı", Cahangir Cahangirovun "Alagöz", Arif Məlikovun "Sehrli xalat" filminə yazdığı "Qızların rəqsi" və "İki qəlbin dastanı" baletindən "Komdenin arzuları", Vasif Adıgözəlovun "Qərənfil", Süleyman Ələsgərovun "Vətənimdir", Müslüm Maqomayev "Azərbaycan", Fərhad Bədəlbəylinin "Dəniz", Antonio Vivaldinin "İlin fəsilləri" silsiləsindən "Yay", Həsən Rzayevin "Çahargah rapsodiyası" və xalq mahnılarımız səsləndirilib.

Solistlər Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Anar Şuşalı, Səbinə Ərəbli, Səxavət Məmmədov, Nəzrin Aslanlı, Talıb İsgǝndǝrli, Nicat Mənsimov və Rəfiqə Quluzadə orkestrin müşayiəti ilə tamaşaçılara əsl bayram ab-havası yaşadıblar.

Doğma yurda qayıdan Xankəndi sakinləri, Qarabağ Universitetinin müəllim və tələbələri, eləcə də azad torpaqların quruculuğunda iştirak edən vətəndaşlarımız bütün musiqi nömrələrini alqışlarla qarşılayıblar.

Xatırladaq ki, Xankəndi Mədəniyyət Mərkəzi əsaslı şəkildə yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə mayın 28-də istifadəyə verilib.

Qeyd edək ki, qastrol layihəsi "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.

Paylaş

Xəbər lenti

Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib Bu gün, 18:48 Şamaxı sakinlərini boğaza yığan problem: "21-ci əsrdir, belə yaşayış olar?!" Bu gün, 18:48 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək Bu gün, 18:48 Mirziyoyev: Özbəkistan ÜDM-in 160 milyard dollara qədər artırılması hədəfini vaxtından əvvəl yerinə yetirəcək Bu gün, 18:48 Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə... Bu gün, 18:48 Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək Bu gün, 18:48 Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır Bu gün, 18:48 Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Bu gün, 17:48 Rusiyanın yerinə üçüncü dövlət: Paşinyan kimi nəzərdə tutur? Bu gün, 17:48 Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" Bu gün, 17:48 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Psixiatr: İtlə yaşamaq həm ürəyə, həm də psixoloji duruma müsbət təsir edir Bu gün, 17:48 Toni Kortes "Sabah"ın fenomeni haqqında: "Sərhədləri aşan hekayə" Bu gün, 17:48 Abşeronda dəhşətli qəza: Yeniyetmə sürücü qadını ÖLDÜRÜB QAÇDI? - GÖRÜNTÜLƏR Bu gün, 17:48 Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI Bu gün, 17:48 Ədliyyə Nazirliyi: Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır Bu gün, 17:48 Azərbaycanda indiyə qədər 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb Bu gün, 16:48 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB Bu gün, 16:48 Kəlbəcərə dolu yağıb Bu gün, 16:48 SOCAR-ın Qaz İxrac İdarəsi 7 ayda qeyri-neft-qaz ixracından 8 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 16:48 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək Bu gün, 16:48 SOCAR ilk dəfə Xəzərdə OBN texnologiyasının tətbiqi ilə 3D seysmik kəşfiyyat işlərinə başlayıb Bu gün, 16:48 Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır" Bu gün, 16:48 "Barselona"ya getmək istəyən Alvarezə Simeonedən gözlənilməz mesaj Bu gün, 16:48 BEOC "Ən yaxşı Korporativ Mədəniyyət Transformasiyası" nominasiyasında mükafata layiq görülüb! Bu gün, 15:48 Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib Bu gün, 15:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 538 nəfərə çatdı Bu gün, 15:48 Premyer Liqa: "Neftçi", "Sabah" və "Qarabağ"ın növbəti oyunlarının təyinatları açıqlanıb Bu gün, 15:48 Laçında İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək – 9,9 milyonluq LAYİHƏ Bu gün, 15:48 KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub Bu gün, 15:48 Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik Bu gün, 15:48 Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edib Bu gün, 15:48 "Pafos"da son oyunları buraxan Murad Məmmədov 2-3 həftəyə yaşıl meydanlara qayıdacaq Bu gün, 15:48 "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib Bu gün, 15:48 Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək Bu gün, 14:48 Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı Bu gün, 14:48 SOCAR-ın idarəsi 7 ayda qeyri-neft ixracından 176 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 14:48 Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır Bu gün, 14:48 Nigar Fərhad sərbəst buraxıldı Bu gün, 14:48 Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu Bu gün, 14:48 Gəncədə 64 yaşlı qadın qətlə yetirilib, oğlu şübhəli bilinir Bu gün, 14:48 Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə yazdı Bu gün, 14:48 Qida allergiyası: Əlamətləri tanımaq həyati əhəmiyyət daşıyır Bu gün, 14:48 Bakıda yeni stansiyaların inşası digər tikililərə mənfi təsir edə bilər? - RƏSMİ Bu gün, 14:48 Bakcell-in "GO" tariflərinə qoşulun və üstünlüklərdən faydalanın Bu gün, 13:48 Norveç kralı V Harald vəfat etdi Bu gün, 13:48 Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi Bu gün, 13:48 Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR