16-06-2026, 22:48 129

Yeni sığorta qaydaları: Kimlərin xərci artacaq, kimlər güzəşt qazanacaq?

İyunun 16-dan etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının hesablanması qaydalarında mühüm dəyişikliklər qüvvəyə minib. Yeni qaydalara əsasən, uzun illər tətbiq edilən Bonus-Malus sistemi ləğv edilərək onun yerinə Sığorta Tarixçəsi Əmsalı sistemi tətbiq olunur. Dəyişikliklərin əsas məqsədi sürücülərin sığorta davranışını daha dəqiq qiymətləndirmək və sığorta haqlarını fərdi risklərə uyğun müəyyənləşdirməkdir.

BAKU.WS xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov Trend-ə açıqlamasında bildirib ki, yeni sistemlə Bonus-Malus sistemi arasında ciddi fərqlər mövcuddur.

"Bonus-Malus sistemi ilə yeni sistemin fərqi ondan ibarətdir ki, sürücünün sürücülük təcrübəsi, avtomobilin istehsal ili, sürücünün qeydiyyatda olduğu şəhər nəzərə alınırdı. Bonus-Malus sistemində də müəyyən güzəştlər tətbiq edilirdi. Məsələn, sürücü ötən il ərzində qəza törətməyibsə, sığorta şirkətinə ziyan vurmayıbsa, növbəti il həmin avtomobil üçün müəyyən endirimlər təklif edilə bilirdi. Sığorta Tarixçəsi Əmsalı sistemində isə əgər sürücü ötən il ərzində qəza törədibsə və sığorta şirkəti buna görə ödəniş həyata keçiribsə, həmin avtomobilin növbəti icbari sığorta haqqı 30 faiz artıq olacaq. Burada əsas məqsəd sığorta risklərini azaltmaq və sürücüləri yollarda daha diqqətli olmağa təşviq etməkdir", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, qəza törətməyən sürücülər üçün isə stimullaşdırıcı mexanizm nəzərdə tutulub.

"Qəza etməyən sürücüyə sığorta haqlarında 5 faizlik güzəşt tətbiq ediləcək. Bu, stimullaşdırıcı addım kimi dəyərləndirilə bilər. Sığorta Tarixçəsi Əmsalı sistemi, fikrimcə, yollarda qəza risklərinin azalmasına təsir göstərəcək. Eyni avtomobili etibarnamə ilə bir neçə sürücü idarə edirsə, sürücülər arasında ən riskli olanın sığorta göstəriciləri ümumi hesablamaya təsir etməlidir. Eyni avtomobili bir neçə nəfərin idarə etməsi də ciddi risklər yaradır. Yeni sistemdə bu detal məhz sığorta şirkətlərinin risklərini azaltmağa yönəlib", - deyə Eldəniz Cəfərov qeyd edib.

Ekspert vurğulayıb ki, ilk dəfə avtomobilini sığorta etdirən şəxslər üçün hər hansı əlavə məhdudiyyət və ya üstünlük nəzərdə tutulmur.

"İlk dəfə avtomobilini sığorta edən şəxslər üçün hər hansı məhdudiyyət və ya üstünlük yoxdur. Standart qaydada avtomobilin icbari sığortası həyata keçiriləcək. İcbari sığorta satan şirkətlər heç bir sürücüyə sığorta verməkdən imtina edə bilməz. Yeni sistemin tətbiqinin zərurəti də müəyyən mənada bundan irəli gəlirdi. Əvvəllər bəzi sığorta şirkətləri taksi kimi istifadə olunan nəqliyyat vasitələrini sığortalamaqdan imtina edir, hətta onlayn sığorta bazalarını bağlayırdılar. Bəzi hallarda kiçik mühərrikli avtomobillərin də sığortalanmasından yayınırdılar. Halbuki bu, qayda pozuntusudur. Şirkətlər bunu həmin nəqliyyat vasitələrinin daha çox risk daşıması və tez-tez qəzaya düşməsi ilə əsaslandırırdılar. Bundan sonra isə heç bir icbari sığorta şirkəti sığortalamaqdan imtina edə bilməyəcək. Çünki yeni sistemdə sığorta riskləri nəzərə alınıb", – deyə o bildirib.

Eldəniz Cəfərov əlavə edib ki, sürücü qəza törətdikdən sonra məsələni sığorta şirkətinə müraciət etmədən öz hesabına həll edərsə, bu hal sığorta hadisəsi kimi qeydə alınmayacaq.

"Sığorta tarixçəsinin formalaşdırılması və yenilənməsi çox sadə prosesdir. Əgər sürücü qəza edib, lakin zərərin ödənilməsi üçün sığorta şirkətinə müraciət etməyib və məsələni öz hesabına həll edibsə, bu artıq sığorta hadisəsi sayılmır. Belə olan halda gələcəkdə sürücüdən əlavə 30 faiz sığorta haqqı tələb oluna bilməz. Yeni sistemin nəqliyyata təsirini isə 3-6 aydan sonra daha aydın şəkildə görə biləcəyik", – deyə ekspert vurğulayıb.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə yeni sistemlə yanaşı, icbari sığorta ödənişlərinin məbləğinin artırılmasının vacibliyinə diqqət çəkib.

"Sığorta ilə bağlı narahatedici məqam şirkətlərin ödəniş məbləğinin artırılmamasıdır. İllərdir ki, həmin məbləğ 5000 manatı keçmir. Halbuki 5000 manat artıq əvvəlki dəyərində deyil", - deyə o bildirib.

Ekspert yeni sistemdə müəyyən mübahisəli məqamların da olduğunu qeyd edib.

""Sığorta Tarixçəsi Əmsalı sistemində sual doğuran məqamlar var. Məsələn, eyni avtomobili etibarnamə ilə başqa bir şəxs bir-iki gün idarə edib qəza törədərsə, növbəti il sığorta haqqının artması həmin avtomobildən daim istifadə edən şəxsin üzərinə düşəcək. Bu məsələ müəyyən suallar doğurur", - deyə Elməddin Muradlı əlavə edib.

Paylaş

Xəbər lenti

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olu Bu gün, 01:48 Azərbaycanın qlobal brendi: "ASAN xidmət"in əsas mahiyyəti nədən ibarətdir? Bu gün, 00:48 ABŞ ordusu İrana qarşı ikinci zərbə dalğasına başlayıb Bu gün, 00:48 İlon Mask Fransanın "son ümidi"ni açıqladı Dünən, 23:49 İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür Dünən, 23:49 Bakıda beş küçədə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq Dünən, 23:49 YAŞAT Fondu şəhid ailələri və qazilər üçün hansı imkanları yaradır? Dünən, 23:49 Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb Dünən, 23:48 Rusiyada miqrantları telefon almağa məcbur edəcəklər Dünən, 23:48 Paytaxtın dörd rayonunda işıq kəsiləcək - Ünvanlar Dünən, 23:48 Rusiya ordusu Zaporojyeyə zərbələr endirdi: Ölənlər və yaralananlar var Dünən, 22:48 Dünyada 700 milyona yaxın şəxs " ASAN xidmət" modelindən faydalanır" Dünən, 22:48 Ülvi Mehdiyev: "ASAN xidmət" korrupsiyaya qarşı islahatdır Dünən, 22:48 Qurban Qurbanov: "Vestri"ni artıq daha yaxından tanıyırıq" Dünən, 22:48 Latviya ölkədə nüvə silahının yerləşdirilməsinə hazır olduğunu açıqlayıb Dünən, 22:48 "ASAN xidmət" vətəndaşların rahatlığı üçün hansı işləri görür? Dünən, 22:48 Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib Dünən, 21:48 Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edilib Dünən, 21:48 Argentina millisinin DÇ-dən kənarlaşdırılması üçün petisiya 10 milyon imza topladı Dünən, 21:48 Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır Dünən, 21:48 Ülvi Mehdiyev: "ASAN xidmət mərkəzlərinin sayı ölkə əhalisi üçün kifayətdir" Dünən, 21:48 Ülvi Mehdiyevdən regionlarla bağlı vacib açıqlama: Hansı ərazilərdə "ASAN xidmət" açılacaq? Dünən, 21:48 Səyyar "ASAN xidmət" avtobusları bölgələrdə necə fəaliyyət göstərir? Dünən, 21:48 Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir Dünən, 20:48 DİM magistratura səviyyəsi üzrə qabiliyyət imtahanları keçirir Dünən, 20:48 Şuşa - media dialoqunun paytaxtı Dünən, 20:48 Adil Kərimlinin Şuşada keçirəcəyi vətəndaş qəbulunun tarixi açıqlanıb Dünən, 20:48 ABŞ-nin İrandakı hərbi əməliyyatının xərcləri 100 milyard dollara çata bilər Dünən, 20:48 Mərdəkanda 22 yaşlı gənc dənizdə batıb Dünən, 20:48 Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub Dünən, 19:48 Rafiq Hüseynov: "Komandamız optimal hazırlıq səviyyəsindədir" Dünən, 19:48 Cənubi Koreya prezidenti yeganə mənzilini satır Dünən, 19:48 Ülvi Mehdiyevin Baku TV-yə müsahibəsi yayımlanacaq: Nələr müzakirə ediləcək? Dünən, 19:48 ABŞ-nin sabiq lideri Co Bayden prezidentlik dövründən kitab yazıb Dünən, 19:48 Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Hadisənin ilkin səbəbi bəlli oldu Dünən, 19:48 CAR mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb Dünən, 19:48 Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNİB Dünən, 18:48 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar? Dünən, 18:48 Pirşağıda infrastruktur problemi: Nə işıqlandırma var, nə də normal yol - Dünən, 18:48 Slovakiya Prezidenti "Sea Breeze"lə tanış olub Dünən, 18:48 Qəbələ Beynəlxalq Hava Limanının regional aviasiya mərkəzinə çevrilməsi üçün danışıqlar aparılır Dünən, 18:48 Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb Dünən, 18:48 Nazir idarə rəisini təqaüdə göndərdi Dünən, 18:48 "Azercell Cup – 2026" proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı Dünən, 17:48 Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir Dünən, 17:48 Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı Dünən, 17:48 Dayılardan bacılarının qızını sevən yeniyetməyə AMANSIZ DAVRANIŞ Dünən, 17:48 İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR