18-06-2026, 13:48 235

Binəqədi Rayon Məhkəməsində əmlakı qəsdən məhv etmədə və xuliqanlıqda təqsirləndirilən Əsəd Bəşirov, onun qardaşı Saleh Bəşirov, bacısı oğlu Namiq İmanov və qayını İbrahim Səmədovun (hər birinin adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

AVESTA.AZ Pravda.az-a istinadla xəbər verir ki, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 186.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barələrində olan cinayət təqibinə həmin hissədə xitam verilib. Lakin onlar Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli biliniblər və şərti cəza verilib.

İttihama görə, hadisənin əsası 2025-ci ilin yanvar ayının sonlarında qoyulub.

Cinayət işi materiallarında göstərilir ki, təqsirləndirilən Əsəd Bəşirov həyat yoldaşının istifadə etdiyi "Instagram" sosial şəbəkə hesabında əvvəllər tanımadığı şəxsin, zərərçəkmiş Habil Yusifovun (adı, soyadı şərtidir) ona mesaj yazdığını görüb. Bundan sonra o, həmin şəxslə münasibətlərə aydınlıq gətirmək və onu cəzalandırmaq məqsədilə həyat yoldaşının adından yazışmaları davam etdirib.

Bir neçə gün davam edən yazışmalardan sonra zərərçəkmiş şəxslə Abşeron rayonu, Masazır qəsəbəsində görüş təyin edilib. Əsəd görüşə tək gəlməyib.

Belə ki, o, qardaşı Saleh Bəşirov, bacısı oğlu Namiq İmanov və qayını İbrahim Səmədovu da həmin ünvana çağıraraq əvvəlcədən birlikdə hərəkət etmək barədə razılığa gəlib. Görüş günü təqsirləndirilən şəxslər müxtəlif avtomobillərlə hadisə yerinə gəliblər.

Habil də idarə etdiyi maşınla görüş yerinə çatdıqdan sonra onun hərəkət etdiyi avtomobil bir neçə istiqamətdən mühasirəyə alınmağa çalışılıb. Təqsirləndirilən şəxslər idarə etdikləri avtomobillərlə zərərçəkmişin nəqliyyat vasitəsini sıxışdıraraq onun hərəkətini dayandırmağa cəhd göstəriblər.

Lakin Habil təhlükə hiss etdiyindən həmin avtomobillərin arasından çıxaraq ərazidən uzaqlaşmağa müvəffəq olub.

Bundan sonra təqsirləndirilən şəxslər onun ardınca düşərək təqibi davam etdiriblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, təqib Masazır qəsəbəsindən başlayaraq Bakı şəhərinin Binəqədi rayonu istiqamətində davam edib.

Cinayət işi materiallarında göstərilir ki, zərərçəkmiş şəxs Binəqədi qəsəbəsində yerləşən və "Binəqədi Mərkəz" kimi tanınan əraziyə çatdıqda avtomobil sıxlığı səbəbindən hərəkətini dayandırmağa məcbur olub. Bundan istifadə edən təqsirləndirilən şəxslər avtomobillərini yolun ortasında saxlayaraq Habilin avtomobilinə yaxınlaşıblar.

Hadisə insanların və nəqliyyat vasitələrinin intensiv hərəkətdə olduğu ərazidə, çoxsaylı şəxslərin gözü qarşısında baş verib.

İstintaqın müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxslərdən ikisi avtomobillərdən beysbol oyunu üçün nəzərdə tutulmuş toxmaqları götürüb, digər şəxs isə içərisində mayonez olan şüşə qabla hadisə yerinə yaxınlaşıb. Onlar zərərçəkmiş şəxsdən hər hansı izahat almadan və hadisənin mahiyyətini araşdırmadan onun avtomobilinə hücum ediblər.

Təqsirləndirilən şəxslər nalayiq ifadələr işlədərək avtomobilə ardıcıl zərbələr endirməyə başlayıblar.

Avtomobilin qapıları, şüşələri, qanad hissələri, güzgüləri, faraları, bamperləri, kapotu, stop lampaları və digər hissələri müxtəlif alətlərlə vurularaq yararsız vəziyyətə salınıb.

Ekspertiza rəylərinə əsasən, avtomobilə vurulmuş maddi ziyanın məbləği 15 min 712 manat təşkil edib.

Cinayət işi materiallarında göstərilir ki, təqsirləndirilən şəxslər avtomobili dağıtmaqla kifayətlənməyərək zərərçəkmiş şəxsi avtomobildən zorla çıxarıblar. Bundan sonra Habil bir neçə nəfər tərəfindən eyni vaxtda döyülüb. Təqsirləndirilən şəxslər ona beysbol toxmaqları, əl və ayaq ilə zərbələr endiriblər.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxs hadisə nəticəsində baş, üz, əl və bədənin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər alıb.

Ekspertiza onun baş nahiyəsində əmələ gəlmiş əzilmiş-cırılmış yaranın sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti olduğunu müəyyən edib.

Bundan başqa, zərərçəkmiş şəxsin bədəninin müxtəlif hissələrində qançırlar, sıyrıqlar və digər xəsarətlər aşkar edilib.

İstintaq orqanı hesab edib ki, təqsirləndirilən şəxslər bir qrup şəxs halında hərəkət etməklə, silah qismində istifadə olunan əşyalardan istifadə edib, ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdiriblər.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR