
Bakının Badamdar qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində bir nəfərin qəfil səhhəti pisləşərək yerə yıxılıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Məlumata görə, həmin şəxs infarkt keçirib. Əraziyə təcili tibbi yardım əməkdaşları çatana qədər YDM əməkdaşları və mülki geyimdə olan polis əməkdaşı hadisəyə müdaxilə edərək ona ilkin yardım göstərib.
Göstərilən köməklik nəticəsində vətəndaş özünə gəlib və vəziyyəti yaxşılaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.