19-06-2026, 10:48 226

İİB Qrupuna aid startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı

Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş "İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026" (5th IsDB Group Startups & Innovation Pitch Competition 2026) başa çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

"İİB bazarlarında innovasiya, süni intellekt, maliyyə, ticarət və sahibkarlığın gücləndirilməsi" mövzusu altında təşkil olunan müsabiqə İİB Qrupuna üzv ölkələrindən sahibkarları, startapları, investorları və inkişaf üzrə tərəfdaşları bir araya gətirib.

İyunun 17-də Bakı Konqres Mərkəzində finala vəsiqə qazanan 12 startap beynəlxalq investorlar və ekspertlər qarşısında öz layihələrini təqdim ediblər. İştirakçıların çıxışları Azərbaycan Respublikası (KOBİA, 4SİM) və İİB tərəfindən müəyyən edilmiş beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tədbirdə çıxış edən İslam İnkişaf Bankı Qrupunun Xüsusi və Etimad Fondları Departamentinin direktoru, İİB prezidentinin xüsusi müşaviri Məhəmməd Camal Ət-Saati, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, "Xona" şirkətinin həmtəsisçisi və "iiValley.co" şirkətinin tərəfdaşı Riad Hartani və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov startap ekosistemi, bankın startaplara dəstəyi və Azərbaycanda startaplara dəstək alətləri barədə fikirlərini bölüşüblər.

İyunun 18-də isə "İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026"nın qalibləri elan olunub. Beləliklə, müsabiqədə 3-ü əsas, 6-sı xüsusi mükafatçı olmaqla, ümumilikdə 9 qalib müəyyən edilərək mükafatlandırılıb:

- Birinci yerin qalibi ("Qızıl" mükafat) - "BioSell" - 5 000 ABŞ dolları

- İkinci yerin qalibi ("Gümüş" mükafat) - "Bayuti" - 4 000 ABŞ dolları

- Üçüncü yerin qalibi ("Bürünc" mükafat) - "Park Hub - 3 000 ABŞ dolları həcmində mükafat qazanıb.

Bundan başqa, aşağıdakı startapların hər biri 3 000 ABŞ dollar olmaqla xüsusi mükafatlara layiq görülüblər:

- Süni intellekt və rəqəmsal innovasiya - "AIRT"

- İqlim və davamlılıq - "Proedia"

- Maliyyə inklüzivliyi - "Mink Platform"

- Qadın sahibkarlığı - "Climasel"

- Sosial təsir - "Smart sagro"

- Regional inteqrasiya - "Interconsea" (Derad Network).

Qeyd edək ki, KOBİA-nın tərəfdaşlığı ilə həyata keçirilən müsabiqəyə Azərbaycandan 220-dən çox müraciət daxil olub. İİB-nin qiymətləndirmə platforması vasitəsilə aparılan seçim prosesi nəticəsində 6 strateji innovasiya istiqaməti üzrə 25 startap müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə 14-16 iyun tarixlərində "Bakı KOB evi"ndə üç günlük "Bootcamp" proqramı keçirilib. Proqram çərçivəsində seçilmiş startaplar təqdimat bacarıqlarının inkişaf etdirilməsi, biznes modellərinin təkmilləşdirilməsi, investorlarla effektiv kommunikasiya və investisiya cəlbetmə imkanlarının artırılması istiqamətində intensiv təlim və mentorluq sessiyalarında iştirak ediblər. Proqrama innovasiya və sahibkarlıq sahəsində yerli və beynəlxalq təcrübəyə malik ekspert və mentorlar cəlb olunublar. Müsabiqənin keçirilməsində əsas məqsəd innovativ sahibkarlığın inkişafına dəstək göstərmək, perspektivli startapların investorlarla əməkdaşlıq imkanlarını genişləndirmək, onların beynəlxalq bazarlara çıxışını təşviq etmək və Azərbaycanın innovasiya ekosisteminin qlobal əməkdaşlıq platformalarına inteqrasiyasına töhfə verməkdir.

"İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026" İİB Qrupuna üzv ölkələrdə yüksək potensiala malik startapları müəyyən etmək, dəstəkləmək və sürətlə inkişaf etdirmək məqsədi daşıyan təşəbbüsdür. Müsabiqə sahibkarlara texniki dəstək, potensialın artırılması proqramları, investisiya şəbəkələri və qlobal görünürlük imkanları təqdim edir, eyni zamanda innovasiyanı dayanıqlı inkişafın və iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi təşviq edir.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR