
Füzuli rayonunda yeniyetmə oğlan kanalda boğulub.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, hadisə iyunun 19-da günorta saatlarında rayonun keçmiş məcburi köçkünlər üçün salınmış Qayıdış-9 qəsəbəsində baş verib.
Qəsəbə sakini 2011-ci il təvəllüdlü F.Hüseynov yaxınlıqdakı su kanalında çimərkən boğulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.