
Türkiyədə terror təşkilatlarının fəaliyyətinin aşkarlanması məqsədilə aparılan istintaqlar zamanı müəyyən edilən 241 nəfərdən 225-i saxlanılıb.
AVESTA.AZ "Haber Global"a istinadən xəbər verir ki, saxlanılandan 218-i Ankara Baş Prokurorluğuna gətirilib.
Şübhəlilərdən altısı sərbəst buraxılsa da, 212 şəxsin işi məhkəməyə göndərilib. Məhkəmə tərəfindən dindirildikdən sonra 178 şübhəli həbs edilib, 34 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.