27-06-2026, 11:48 142

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında "Məzun günü" keçirilib.

Tədbirdə bakalavriat və magistratura səviyyələri üzrə təhsillərini başa vuran məzunlar, AHİK-in və üzv təşkilatların rəhbər şəxsləri, Akademiyanın professor-müəllim heyəti və valideynlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, həmçinin Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən AHİK sədrinin müavini Musa Mirzəyev məzunları təbrik edib. Vurğulanıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər və təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkədə insan kapitalının inkişafı daim diqqət mərkəzində saxlanılır.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə elm və təhsil sahəsində həyata keçirilən sosial və innovativ layihələr gənclərin fərdi və peşəkar inkişafına mühüm töhfələr verir.

Qeyd olunub ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası müasir əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli və sosial məsuliyyətli mütəxəssislərin hazırlanmasında önəmli rol oynayır. Məzunlar təhsil müddətində əldə etdikləri bilik və bacarıqlardan səmərəli istifadə etməli, ölkənin inkişafına töhfə verməli, daim öz üzərilərində çalışmalıdırlar.

Akademiyanın rektoru vəzifəsini icra edən Fərid Babayev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə ali təhsil müəssisəsinin son illər əldə etdiyi nailiyyətlərdən, beynəlxalq əlaqələrinin genişlənməsindən, tədrisin keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlərdən bəhs ediblər. Çıxışlarda cəmiyyətin tərəqqisində təhsilin rolu vurğulanıb və məzunlara ölkəmizin sosial-iqtisadi yüksəlişində fəal iştirak etmələri tövsiyə olunub.

Valideyn Nuru Rzalı çıxış edərək məzunları təbrik edib, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında yaradılan tədris mühitini yüksək qiymətləndirərək müəllimlərə təşəkkürünü bildirib, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məzunlar adından çıxış edən Aysel Həsənova, Lamiyə Ağayeva və Şəhanə Quliyeva tələbəlik illəri ilə bağlı xoş xatirələrini bölüşüb, onlara bilik və bacarıq qazandıran müəllimlərə və valideynlərinə minnətdarlıqlarını ifadə ediblər.

Sonra təhsildə və Akademiyanın ictimai həyatında fərqlənən məzunlara təşəkkürnamələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib. Məzunlar musiqi sədaları altında bir-birlərini təbrik edib, xatirə şəkilləri çəkdiriblər.

Paylaş

Xəbər lenti

Politoloq:  "İşğal olunan bütün mədəni sərvətlərimiz də azadlığına qovuşmalıdır" Bu gün, 19:48 Avropa Parlamentinin mövqeyi ikili standartların göstəricisidir Bu gün, 19:48 Qarabağın Alban irsi: Tarixi faktlar nə deyir? – Politoloqdan mühüm AÇIQLAMA Bu gün, 19:48 Politoloq: "Ermənilərin tarixi faktları silmə cəhdləri uğursuzluqla başa çatacaq" Bu gün, 19:48 Azərbaycan neftinin əsas alıcıları açıqlanıb - TOP 10 Bu gün, 18:48 Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 18:48 Eşqləri cəmi 1 ay çəkdi - Məşhur aktrisa futbolçu sevgilisindən ayrıldı Bu gün, 18:48 Avropa bazarı üçün keyfiyyət imtahanı: Azərbaycan nəyi dəyişdi? Bu gün, 18:48 AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik günü" keçirilib Bu gün, 18:48 Zahid Oruc: "Qarabağ uğrunda mübarizənin məzmunu dəyişir" Bu gün, 18:48 Şəbnəm Həsənova: "Qarabağın Alban-xristian irsi Azərbaycanın tarixi-mədəni irsinin mühüm komponentidir" Bu gün, 18:48 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib Bu gün, 17:48 İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır Bu gün, 17:48 Ədliyyə orqanlarında tibb xidməti işçilərinə xüsusi rütbələrin verilməsi təklif edilir Bu gün, 17:48 Prezident: Azərbaycan gücləndikcə, ona qarşı Qərbdən çirkin media kampaniyası aparılır Bu gün, 17:48 İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz Bu gün, 17:48 AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib Bu gün, 17:48 "Azərşəkər"dən kiçik məktəblilərə böyük sevinc Bu gün, 17:48 İlk dəfə açıqladılar: ABŞ kosmosa silah yerləşdirdi Bu gün, 17:48 Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu Bu gün, 17:48 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi Bu gün, 17:48 Nazilə Səfərlidən ETİRAZ: "Hər uşağın bir sürücüsü var, niyə?" Bu gün, 17:48 8 Noyabr prospektində səki çöküb Bu gün, 17:48 Prezident: Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq Bu gün, 16:48 Prezident: Biz hər zaman çalışmışıq İslam həmrəyliyini əməli-praktiki addımlarla gücləndirək Bu gün, 16:48 Şengen zonasına daxil olan 9 ölkədə bu sistemin tətbiqi təxirə salındı Bu gün, 15:48 Azərbaycan Türkiyəyə COP31-lə bağlı böyük dəstək verir Bu gün, 15:48 Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ Bu gün, 15:48 Nəvai kommunal borcuna görə məhkəməyə verildi Bu gün, 15:48 Azərbaycanın 8 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb Bu gün, 15:48 Həbsxanaya göndərilən bağlamadan narkotik çıxdı – Marixuana, heroin və metamfetamin aşkarlanıb Bu gün, 15:48 Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu Bu gün, 15:48 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 14:48 Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda görüşməyi planlaşdırırlar Bu gün, 14:48 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi Bu gün, 14:48 Zakir Həsənov Çinə getdi Bu gün, 14:48 Könül Kərimova birinci sinifə gedən nəvəsini belə təbrik etdi Bu gün, 14:48 Hakimlərin təkbaşına qərarvermə halları dəqiqləşdirilir Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında dünya səviyyəsində bənzəri olmayan münasibətlər var Bu gün, 14:48 Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 3,2 milyard dolları keçib Bu gün, 14:48 Sevdadan mahnısını bəyənməyənlərə cavab: "Sakit olun, mahnıdır, dissertasiya deyil!" Bu gün, 13:48 Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır Bu gün, 13:48 Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 13:48 54 yaşlı müğənninin dəfnində BÖYÜK İZDİHAM Bu gün, 13:48 FHN Ağdamda yanğın-taktiki təlim keçirib Bu gün, 13:48 Gədəbəydə güllələnmiş meyit tapıldı Bu gün, 13:48 Keçən il ailə quran 339 gəlinin 60-dan çox yaşı olub Bu gün, 13:48 Faiq Ağayev: "Anam yanımda olanda canımı tapşırdım" Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR