29-06-2026, 16:48 248

Silk Way West Airlines və CargoAi Air Cargo China 2026 sərgisində rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb

Silk Way West Airlines, Xəzər regionu və Mərkəzi Asiyanın aparıcı yük aviaşirkəti, Şanxayda keçirilən Air Cargo China 2026 sərgisi çərçivəsində CargoAi ilə rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb.

Bu əməkdaşlıq aviaşirkətin rəqəmsal transformasiya prosesində növbəti mühüm addım kimi qiymətləndirilir.

Saziş Silk Way West Airlines şirkətinin prezidenti Volfqanq Mayer və CargoAi şirkətinin təsisçisi və baş icraçı direktoru Matye Peto tərəfindən imzalanıb. Tərəfdaşlıq hər iki şirkətin qlobal hava yükdaşıma sənayesində rəqəmsal transformasiyanı sürətləndirmək və bazar iştirakçıları arasında əməkdaşlığı daha da gücləndirmək istiqamətində ortaq məqsədlərini əks etdirir.

Tərəfdaşlıq çərçivəsində Silk Way West Airlines öz xidmətlərini CargoAi-yın rəqəmsal platformasına inteqrasiya edəcək. Bu inteqrasiya sayəsində dünyanın müxtəlif ölkələrindən olan ekspeditorlar aviaşirkətin geniş gövdəli yük təyyarələrinin daşıma imkanlarına daha rahat və səmərəli çıxış əldə

edəcəklər.

İnteqrasiya tariflərin daha şəffaf təqdim olunmasına imkan verəcək, növbəti mərhələdə isə CargoAi platforması vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarının istifadəyə verilməsi nəzərdə tutulur.

Əməkdaşlıq ekspeditorlara mövcud daşıma imkanlarını asanlıqla araşdırmağa və səmərəli, şəffaf rəqəmsal proses vasitəsilə Silk Way West Airlines-in qlobal marşrut şəbəkəsinə çıxış əldə etməyə imkan verəcək.

Bu təşəbbüs eyni zamanda aviaşirkətin müştəri təcrübəsini davamlı şəkildə təkmilləşdirmək və beynəlxalq bazarlarda yükdaşıma xidmətlərindən istifadə imkanlarını genişləndirmək məqsədinə xidmət edir.

Müasir yük təyyarələri parkına malik olan Silk Way West Airlines Bakıdakı strateji mövqeyə malik habı vasitəsilə Avropa, Asiya, Yaxın Şərq və Amerika qitəsinin əsas bazarlarını birləşdirir.

CargoAi ilə tərəfdaşlıq aviaşirkətin rəqəmsal distribusiya imkanlarını gücləndirəcək və müştərilərin onun qlobal yükdaşıma həllərindən rahat istifadə etməsinə şərait

yaradacaq.

"CargoAi ilə tərəfdaşlıq rəqəmsal transformasiya yolumuzda mühüm addımdır", - deyə Silk Way West Airlines-in prezidenti Volfqanq Mayer bildirib.

"Rəqəmsal bronlaşdırma imkanlarını genişləndirməklə biz ekspeditorlara mövcud daşıma imkanları barədə aydın məlumat, uyğun yükdaşıma həllərini operativ şəkildə tapmaq imkanı və qlobal şəbəkəmiz üzrə Silk Way West Airlines ilə rahat əməkdaşlıq təcrübəsi təqdim etməyi hədəfləyirik. Bu əməkdaşlıq müştərilərimiz üçün əlavə dəyər yaradan və hava yükdaşıma sənayesinin davamlı inkişafını dəstəkləyən innovativ həllərin tətbiqinə sadiqliyimizi əks etdirir."

"Silk Way West Airlines-ı CargoAi-in rəqəmsal ekosistemində salamlamaqdan məmnunuq", - deyə CargoAi-in təsisçisi və baş icraçı direktoru Matye Peto bildirib. "Aviaşirkətin qlobal marşrut şəbəkəsi və geniş gövdəli yük təyyarələri ekspeditorlara etibarlı yükdaşıma həllərindən istifadə üçün yeni imkanlar yaradacaq. Biz Silk Way West Airlines-in xidmətlərini dünya üzrə müştərilər üçün daha səmərəli, şəffaf və rəqəmsal mühitdə əlçatan etməsinə dəstək göstərməkdən məmnunuq" Silk Way West Airlines-in xidmətlərinin CargoAi platforması üzərindən rəqəmsal bronlaşdırılması növbəti mərhələdə istifadəyə veriləcək.

Əlavə məlumat Silk Way West Airlines və CargoAi-in rəsmi veb-saytları və sosial media kanalları vasitəsilə elan olunacaq.

Silk Way West Airlines haqqında

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Boeing 777F, 747-8F və 747-400F yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir.

Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan Silk Way West Airlines 2030-cu ilə qədər donanmasını müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350F

təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri

göstərərək, illik 500 000 tondan artıq yük dövriyyəsini idarə edir.

CargoAi haqqında

CargoAi hava yükdaşıma sənayesində ən sürətlə inkişaf edən rəqəmsal platformalardan biri olaraq innovativ həllər vasitəsilə yükdaşımaların rəqəmsallaşdırılmasına töhfə verir. Sənaye ekspertləri tərəfindən idarə olunan şirkət satınalma, ödəniş və dayanıqlılıq proseslərini sadələşdirən kompleks rəqəmsal həllər təqdim edir.

CargoAi qabaqcıl texnologiyalar, effektiv icra mexanizmləri və yükdaşıma sənayesinin rəqəmsal transformasiyasına yönəlmiş strateji yanaşmanı bir araya gətirir.

CargoWALLET həlli vasitəsilə şirkət 150-dən çox ölkədə və 47 valyutada təhlükəsiz və ani ödənişləri təmin edən rəqəmsal ödəniş

platformasını təqdim edir.

2025-ci ildə CargoAi hava yükdaşımalarının rəqəmsallaşdırılması sahəsində liderliyi və innovativ yanaşmasına görə Air Cargo Week tərəfindən "İlin Həll Təchizatçısı" mükafatına layiq görülüb. Şirkət həmçinin hava yükdaşıma sənayesinin rəqəmsal transformasiyası üçün vahid həllər platforması yaratmağı hədəfləyən CargoTech-in üzvüdür.

CargoAi-in baş ofisi Sinqapurda yerləşir, şirkətin əməkdaşları isə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər.

Əlavə məlumat üçün: www.cargoai.co

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR