
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti məlum olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Masallı rayonu Ərkivan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iyulun 2-də saat 19:30-da üç nəfər (kişi cinsli) Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən bir nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində, vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyəti ağır qiymətləndirilən 1992-ci il təvəllüdlü şəxsə bütün zəruri reanimasiya tədbirlərlərinin göstərilməsinə baxmayaraq, saat 21:00-da bioloji ölüm faktı qeydə alınıb.
Bir nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
*** 09:22
Masallıda yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Babayev Rusif İsmayıl oğlu idarə etdiyi "Mercedes Benz" markalı avtomobilləeyni istiqamətdə hərəkətdə olan Feyzullayev Nikbin Elçin oğlunun idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə toqquşub.
Nəticədə R.Babayev idarə etməni itirərək yolun sağ kənarında boş torpaq sahəsinə çıxaraq beton dirəyə və ağaca çırpılıb. Qəza nəticəsində özü və avtomobildə sərnişin qismində əyləşmiş Məmmədzadə Araz Telman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həsənov Pərvin Əliniyaz oğlu başın təpə nahiyəsinin böyük həcmli kəsilmiş yarası xəsarətlərini alaraq Masallı RMX-na daxil olub.
Faktla bağlı cinayət işi başlanaraq istintaqı davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.