7-07-2026, 13:48 203

ADY-dən Bakı–Tbilisi marşrutu ilə bağlı yenilik: Daha çox yer, daha münasib qiymət

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin yüksəldilməsi və Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə sərnişinlər üçün daha geniş və daha əlçatan səyahət imkanları yaratmağa davam edir.

BAKU.WS səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, iyulun 10-dan etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq. Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 % artaraq 282-yə çatdırılacaq.

Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bu vaqonlarda gediş haqqı hazırda istifadədə olan "Stadler" vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir. Belə ki, Bakı–Tbilisi–Bakı marşrutu ilə gediş haqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40.30 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 65.20 AZN, Yevlaxdan 53.30 AZN, Gəncədən 49.30 AZN, Ağstafadan isə 45.30 AZN-dir. Böyük Kəsikdən Tbilisi vağzalı və Qardabani stansiyasına isə müvafiq olaraq 43.40 və 40.30 AZN təşkil edir.

Xatırladaq ki, hazırda Bakıdan Tbilisiyə "Stadler" vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 79,5 AZN,Gəncədən isə 58.20 AZN-dir.

Beləliklə, son yenilik sayəsində daha çox sərnişinin Bakı–Tbilisi–Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə imkan yaranır.

"Stadler" tipli vaqonlarla müqayisədə marşruta əlavə edilən standart+ tipli yataq vaqonlarında ödənişsiz baqaj norması bu vaqonların texniki xüsusiyyətləri və konstruktiv imkanları nəzərə alınaraq 36 kq müəyyən edilib.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə standart+ vaqonlarında səyyar keytrinq, yəni mobil satış xidməti təşkil olunacaq.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 25 may – 6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin daşınıb. Bundan 6356 nəfər Tbilisi, 4343 nəfər Bakı, 1112 nəfər Gəncə, 808 nəfər Yevlax, 520 nəfər Ağstafa və digər stansiyalardan qatara minik edib. Bu da Bakı–Tbilisi–Bakı marşrutu üzrə səfər edənlərin təqribən 40 faizinin bölgələrin payına düşdüyünü göstərir.

Ümumilikdə ADY-nin son illərdə xidmət coğrafiyasının genişləndirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələr nəticəsində qatarla səyahətə üstünlük verənlərin sayı artıb. 2026-cı ilin 6 ayında dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrünün göstəricisi (4,6 milyon nəfər) ilə müqayisədə 20 faizə yaxın artım deməkdir.

ADY sərnişinlərin rahat, əlçatan və təhlükəsiz səyahət imkanlarından faydalanması üçün xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirəcək.

Paylaş

Xəbər lenti

Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı Bu gün, 21:48 AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub Bu gün, 21:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib Bu gün, 21:48 Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan Bu gün, 21:48 Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib Bu gün, 21:48 Neftçalada küləyin sürəti 25 m/s-yə çatır - FAKTİKİ HAVA Bu gün, 20:48 Bakıdan Tbilisiyə Kürmük məbədi ilə bağlı SƏRT MESAJ Bu gün, 20:48 Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib Bu gün, 20:48 Zidandan Fransa millisində böyük dəyişiklik: Mbappeyə yeni rol Bu gün, 20:48 Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb Bu gün, 20:48 Türkiyənin "Adriana Lima"sı saxlanıldı Bu gün, 20:48 AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub Bu gün, 20:48 Azərbaycanın sədrliyi ilə TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub Bu gün, 19:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verildi Bu gün, 19:48 Həkimlər niyə rayonlarda işləmək istəmir? - Tanınmış professor açıqladı Bu gün, 19:48 Ucar sakininə müddətsiz I dərəcə əlillik təyin olundu – Agentlik məsələni nəzarətə götürdü Bu gün, 19:48 Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı Bu gün, 18:48 Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR? Bu gün, 18:48 Strateji valyuta ehtiyatlarımız neçə aylıq idxalı qarşılaya bilər? - AMB sədri AÇIQLADI Bu gün, 18:48 Bakıda hazırda bir sıra yollarda sıxlıq var - SİYAHI Bu gün, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub Bu gün, 18:48 Ət məhsullarında bahalaşma - Xaricdən idxal nə üçün qiyməti ucuzlaşdırmır? Bu gün, 18:48 Ağstafada avtoqəza olub, xəsarət alanlar var Bu gün, 18:48 XRG SOCAR və "TotalEnergies" ilə birgə "Abşeron" layihəsi üzrə yekun investisiya qərarı hazırlayır Bu gün, 17:48 "Çexiyadan Azərbaycana turist axınını artırmaq mümkündür" Bu gün, 17:48 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı Bu gün, 17:48 Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib Bu gün, 17:48 Pərviz Şahbazov: "Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəsi yaratmağı hədəfləyirik" Bu gün, 17:48 SOCAR və "Citigroup" maliyyə sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib Bu gün, 17:48 NDU-nun Əməkdar müəllimi Zərifə Nəcəfova 91 yaşında vəfat edib Bu gün, 17:48 "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimdə məşqlərin gedişatını izləyib Bu gün, 17:48 Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu Bu gün, 17:48 2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək Bu gün, 17:48 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ Bu gün, 16:48 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU Bu gün, 16:48 Bakıdan İstanbula qatarla səyahət - Yeni təklifin DETALLARI Bu gün, 16:48 Avtomobillər ötən illə müqayisədə nə qədər bahalaşıb? - AÇIQLAMA Bu gün, 16:48 "Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb Bu gün, 16:48 Başını çəkiclə yardığı keçmiş arvadını bir müddət sonra bıçaqladı Bu gün, 16:48 Elnur Əliyev: "Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılacaq" Bu gün, 16:48 Ağcabədidə 8 kiloqram narkotik aşkarlanıb Bu gün, 16:48 Formula 1 Azərbaycan Qran-Prisində sıralama turuna start verilib Bu gün, 16:48 Sezai Uçarmak: "Azərbaycanın üç mindən çox investor şirkəti Türkiyədə fəaliyyət göstərir." Bu gün, 16:48 SOCAR və "Brookfield" enerji infrastrukturu və bərpa olunan enerji layihələrini müzakirə edib Bu gün, 16:48 Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi Bu gün, 15:48 SOCAR BP ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib Bu gün, 15:48 İşimizi şansa buraxmayaq! Bu gün, 15:48 NZS qəsəbəsində güclü yanğın SÖNDÜRÜLDÜ Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR