
"Sabah" UEFA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.
AVESTA.AZ xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab matçında Uelsin TNS komandasının qonağı olacaq.
Qarşılaşma "Park Holl" stadionunda, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrer olacaq.
Bu cütün qalibi növbəti mərhələdə "Vardar" (Şimali Makedoniya) – "Kups" (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.