Dünən, 14:49 101

Bakıda 10 nəfərin ölümündə təqsirli bilinən şəxslərin cəzası azaldıldı

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirləndirilən şəxslərin barəsində olan hökmdən onların vəkilləri və zərərçəkənlərin hüquqi varislərinin verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin hüquqi varisləri Aydın Rüstəmov və Tural Həsənovla barışıq əldə edildiyi məlum olub. Bildirilib ki, onların hər ikisi şikayətini geri götürüb.

Daha sonra məhkəmədə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib və təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cəzası daha altı ay azaldılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, T.İbrahimov və T.Rzayev altı il müddətinə azadlıqdan məhrum ediliblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb. Eyni zamanda, məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxslərə Amnistiya aktı şamil edilib və hər birinin cəzası altı ay azaldılaraq 5 il 6 aya endirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda "Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində cinayət işi başlanıb. İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş

Xəbər lenti

Qusarda dini mövzuların mediada təqdimatına həsr olunmuş konfrans keçirilir Bu gün, 16:48 Şəmkirdə 13 yaşlı yeniyetmə ÖLDÜ Bu gün, 16:48 Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır" Bu gün, 16:48 SEVİNDİRİCİ XƏBƏR - Bu kəndlərdə yeni su şəbəkələrinin qurulması planlaşdırılır Bu gün, 16:48 Gündüz İsmayılov: "Dini sabitliyin qorunmasında birgə məsuliyyət çox vacibdir" Bu gün, 16:48 5G istifadəçilərinin sayı 3 milyardı keçdi – 6G üçün geri sayım başladı Bu gün, 16:48 Sahir Məmmədxanov: "1875-ci ildə mətbuatın əsasının qoyulması Azərbaycanın ictimai-siyasi və mədəni tarixində dönüş nöqtəsi olub" Bu gün, 16:48 Kəlbəcərdə itkin düşən 11 yaşlı Yaqubun meyiti tapılıb Bu gün, 16:48 Ramin Məmmədov: "Azərbaycanda həyata keçirdiyimiz layihələrin bir neçə əsas məqsədi var" Bu gün, 16:48 DÇ-2026: Ən çox qolu kim vurub? Bu gün, 15:50 Azərbaycanda üç ölkənin qatılacağı hərbi təlimin planlaşdırma konfransı keçirilib Bu gün, 15:50 Azərbaycanda parklanma yerlərinin minimum kvotası təsdiqləndi Bu gün, 15:50 Neft anbarlarının layihələndirilməsi ilə bağlı yeni normalar təsdiqləndi Bu gün, 15:49 Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq Bu gün, 15:49 Xırdalandakı Heydər Parkında ağaclar quruyur - SƏBƏB AÇIQLANDI Bu gün, 15:49 Şabranda kişini elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 15:48 Messi: "Bu komandanın etdikləri inanılmazdır - artıq beşinci finalımızdır" Bu gün, 15:48 Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib Bu gün, 14:48 Zərdabda 1,4 ton narkotik bitki məhv edilib Bu gün, 14:48 İçməli su küçəyə axır - Sakinlərdən şikayət Bu gün, 14:48 Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovu çəki sala bilmədiyi üçün cəzalandırıb Bu gün, 14:48 DDLA gəmiçilik şirkətlərini dənizçilərin təhlükəsizliyini prioritet hesab etməyə çağırıb Bu gün, 14:48 Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanılıb Bu gün, 14:48 Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi Bu gün, 14:48 Sergey Koretski Ukraynanın Baş naziri təyin edildi Bu gün, 14:48 Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik" Bu gün, 14:48 Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır Bu gün, 14:48 Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb Bu gün, 13:48 Bakı və Bratislava payızda iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun iclasını keçirəcək Bu gün, 13:48 Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb Bu gün, 13:48 Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var Bu gün, 13:48 "Oturacaqlar köhnəlib, qapılar da nasazdır" - 64 saylı avtobusdan ŞİKAYƏT Bu gün, 13:48 Ucarda 56 yaşlı kişi dialez xəstəsi müalicə zamanı ölüb Bu gün, 13:48 Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək Bu gün, 13:48 İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib Bu gün, 12:49 ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb Bu gün, 12:49 Xırdalandakı Heydər Parkında ağaclar quruyur Bu gün, 12:49 Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR Bu gün, 12:48 Fələstinin bəzi kənd təsərrüfatı məhsulları Azərbaycana güzəştli şərtlərlə ixrac oluna bilər Bu gün, 12:48 AQTA: Gəncə və Samuxda yas mərasimlərində kütləvi zəhərlənməyə səbəb lavaş olduğu ehtimal edilir Bu gün, 12:48 Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib Bu gün, 12:48 "Arzum 9999" ləqəbli tiktokerin şikayəti üzrə məhkəmə başlayır Bu gün, 12:48 Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb Bu gün, 12:48 Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı Bu gün, 11:49 Bilgəhdə 23 yaşlı kişi dənizdə batıb Bu gün, 11:49 "BakıKart" tətbiqindən narazılıq - "Onlayn balans artırmaq mümkün deyil" Bu gün, 11:49 Tramp Azərbaycan Prezidentinin ABŞ ilə münasibətlər barədə qiymətləndirməsinin yer aldığı məqaləni paylaşıb Bu gün, 11:49 İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib Bu gün, 11:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR