
IV Şuşa Qlobal Media Forumu dünya informasiya məkanında dezinformasiya və etimadsızlığın artması şəraitində dialoq və əməkdaşlıq üçün platforma yaradaraq ölkələr, mədəniyyətlər və müxtəlif baxış bucaqları arasında körpü olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Islamabad Post" nəşrinin məqaləsində qeyd olunub.
Bildirilib ki, sülh quruculuğu, media diplomatiyası və jurnalistikada süni intellektin etik şəkildə tətbiqi məsələlərinin müzakirəsi Azərbaycanın beynəlxalq proseslərin məsuliyyətli iştirakçısı kimi rolunu diqqətə çatdırıb.
Dünyanın müxtəlif ölkələrindən olan ekspertləri və jurnalistləri bir araya gətirən forum transsərhəd etimadın möhkəmlənməsinə və həqiqətə ümumi sadiqliyin formalaşmasına kömək edib.
Nəşrin qiymətləndirməsinə görə, forum təkcə ictimai narrativlərin formalaşmasında kütləvi informasiya vasitələrinin rolunun etirafı deyil, həm də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əhəmiyyətli inkişafının əksi olub.
Qeyd olunub ki, Prezident İlham Əliyevin dövründə Azərbaycan dərin transformasiya yaşayıb. İnfrastruktura investisiyalar, enerjinin şaxələndirilməsi və rəqəmsal innovasiyalar da daxil olmaqla iqtisadi baxımdan modernləşmə ölkə inkişafının əsas elementlərindən biri olub.
"Azərbaycan iqtisadiyyatın dayanıqlığını və gələcəyə istiqamətlənməsini təmin edərək, qarşılıqlı əlaqəlilik sahəsində regional lider kimi möhkəmlənməyi bacarıb. İqtisadi inkişafla yanaşı, ölkə rəhbərliyi mədəni dirçəlişə də xüsusi diqqət yetirib. Bir vaxtlar münaqişə nəticəsində dağıdılmış Şuşa bərpa edilib və Azərbaycanın mədəni irsinin və dayanıqlılığının simvoluna çevrilib", - məqalədə vurğulanıb.
Məlumat yenilənir
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.