Bu gün, 14:48 78

DDLA gəmiçilik şirkətlərini dənizçilərin təhlükəsizliyini prioritet hesab etməyə çağırıb

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) xüsusilə Qara və Azov dənizləri hövzəsində, habelə Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik risklərinin yüksək olduğunu nəzərə alaraq Azərbaycan dənizçilərini öz həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırır.

Bu barədə BAKU.WS-ə DDLA-dan məlumat verilib.

"Dövlət Dəniz və Liman Agentliyi olaraq son aylar ərzində xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı aldığımız xəbərlər bizi dərindən sarsıdır. Həlak olan dənizçilərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr arzulayırıq. Müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri diqqətlə qiymətləndirmələrini, rəsmi qurumların təhlükəsizliklə bağlı xəbərdarlıq və təlimatlarını nəzərə almalarını, habelə mümkün olduğu hallarda belə səfərlərdən çəkinmələrini tövsiyə edirik", - agentlikdən bildirilib.

Məlumata əsasən, eyni zamanda, Dövlət Dəniz və Liman Agentliyi gəmiçilik şirkətlərini və aidiyyəti qurumları dənizçilərin həyat və təhlükəsizliyini prioritet hesab etməyə, onları müharibə riskinin yüksək olduğu bölgələrə göndərərkən bütün təhlükəsizlik tədbirlərini görməyə və mümkün olduqda belə marşrutlardan istifadə etməməyə səsləyir:

"Bütün dənizçilərimizi ehtiyatlı olmağa, özlərinin və ailələrinin təhlükəsizliyini düşünməyə və müharibə zonalarından uzaq durmağa çağırırıq".

Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan 10 ekipaj üzvləri Odessa şəhərində sahilə çıxarılıb, kapitan isə həlak olub.

Paylaş

Xəbər lenti

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib Bu gün, 14:48 Zərdabda 1,4 ton narkotik bitki məhv edilib Bu gün, 14:48 İçməli su küçəyə axır - Sakinlərdən şikayət Bu gün, 14:48 Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovu çəki sala bilmədiyi üçün cəzalandırıb Bu gün, 14:48 DDLA gəmiçilik şirkətlərini dənizçilərin təhlükəsizliyini prioritet hesab etməyə çağırıb Bu gün, 14:48 Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanılıb Bu gün, 14:48 Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi Bu gün, 14:48 Sergey Koretski Ukraynanın Baş naziri təyin edildi Bu gün, 14:48 Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik" Bu gün, 14:48 Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır Bu gün, 14:48 Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb Bu gün, 13:48 Bakı və Bratislava payızda iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun iclasını keçirəcək Bu gün, 13:48 Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb Bu gün, 13:48 Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var Bu gün, 13:48 "Oturacaqlar köhnəlib, qapılar da nasazdır" - 64 saylı avtobusdan ŞİKAYƏT Bu gün, 13:48 Ucarda 56 yaşlı kişi dialez xəstəsi müalicə zamanı ölüb Bu gün, 13:48 Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək Bu gün, 13:48 İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib Bu gün, 12:49 ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb Bu gün, 12:49 Xırdalandakı Heydər Parkında ağaclar quruyur Bu gün, 12:49 Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR Bu gün, 12:48 Fələstinin bəzi kənd təsərrüfatı məhsulları Azərbaycana güzəştli şərtlərlə ixrac oluna bilər Bu gün, 12:48 AQTA: Gəncə və Samuxda yas mərasimlərində kütləvi zəhərlənməyə səbəb lavaş olduğu ehtimal edilir Bu gün, 12:48 Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib Bu gün, 12:48 "Arzum 9999" ləqəbli tiktokerin şikayəti üzrə məhkəmə başlayır Bu gün, 12:48 Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb Bu gün, 12:48 Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı Bu gün, 11:49 Bilgəhdə 23 yaşlı kişi dənizdə batıb Bu gün, 11:49 "BakıKart" tətbiqindən narazılıq - "Onlayn balans artırmaq mümkün deyil" Bu gün, 11:49 Tramp Azərbaycan Prezidentinin ABŞ ilə münasibətlər barədə qiymətləndirməsinin yer aldığı məqaləni paylaşıb Bu gün, 11:49 İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib Bu gün, 11:49 AQTA Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoranın fəaliyyətini dayandırıb Bu gün, 11:49 Azərbaycanda 37 fələstinli tələbə təhsil alır Bu gün, 11:49 Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib Bu gün, 11:49 Fələstinin Baş naziri Fəxri xiyabanı ziyarət edib Bu gün, 11:48 Bakıda və bəzi rayonlarda külək güclənir - FAKTİKİ HAVA Bu gün, 11:48 Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi Baku Steel Company-nin dəstəyi ilə yenilənəcək Bu gün, 11:48 Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salınıb Bu gün, 10:48 Azərbaycan ilə "UN-Habitat" arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb Bu gün, 10:48 İlyas Yalçıntaş, Sıla və bir sıra məşhur SAXLANILDI Bu gün, 10:48 Bakıda istehsalat sexinin fəaliyyəti dayandırılıb Bu gün, 10:48 Şəmkirdə zəhərlənən 11 nəfərin son VƏZİYYƏTİ Bu gün, 10:48 Fariz Əliyev: "Bir Pəncərə" idxal-ixrac prosedurlarını sadələşdirəcək" Bu gün, 10:48 Qubada 5 aylıq hamilə xəstəxanada ölüb Bu gün, 10:48 "Avtobus ya xarab olur, ya da gecikir": 569 nömrəli marşrutdan ŞİKAYƏT Bu gün, 10:48 Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb Bu gün, 09:48 Bakıda məşhur hoteldə YANĞIN - Qonaqlar təxliyə edildi Bu gün, 09:48 Odessada vurulan gəmidəki 10 azərbaycanlı Azərbaycana qayıdır Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR