Bu gün, 13:48 77

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində 2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunan geniş iclas keçirilib.

AVESTA.AZ xəbər verir ki, iclasda Prezident İlham Əliyevin "2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" 2026-cı il 7 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin icrası, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.

İclası giriş sözü ilə açan Baş nazir Ə.Əsədov əhali haqqında ən dolğun məlumat mənbəyi olan siyahıyaalmanın demoqrafik proseslərin obyektiv qiymətləndirilməsi və ölkənin sosial-iqtisadi inkişafının planlaşdırılması baxımından önəmini vurğulayıb.

Qeyd edilib ki, 2029-cu ildə keçiriləcək əhalinin növbəti siyahıyaalınması xüsusi tarixi əhəmiyyət kəsb edəcək:

"Çünki bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər və ölkəmizin suverenliyinin tam bərpa olunması nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək ümumrespublika əhalinin siyahıyaalınması olacaq".

Bildirilib ki, Azərbaycan Prezidentinin Fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq Tədbirlər planı təsdiq ediləcək, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Baş nazirin müavininin rəhbərliyi ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.

Birləşmiş Millətlər Təşkilatının müvafiq tələb və tövsiyələrinə, həmçinin milli prioritetlərə əsaslanaraq təşkil ediləcək əhalinin siyahıyaalınmasının ilk dəfə rəqəmsal texnologiyalar, inzibati və geoməkan məlumatlarından istifadə edilməklə keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb.

Daha sonra Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov əhalinin siyahıyaalınmasına hazırlıq məqsədilə görüləcək işlər barədə məruzə ilə çıxış edib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatların Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyası istiqamətində görüləcək işlər barədə məruzə edib.

İclasa yekun vuran Baş nazir Ə.Əsədov aidiyyəti dövlət qurumlarına Prezidentin Fərmanından irəli gələn tapşırıqların, o cümlədən əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə zəruri tədbirlərin vaxtında, keyfiyyətlə və mütəşəkkil yerinə yetirilməsi barədə müvafiq tapşırıqlar verib.

Paylaş

Xəbər lenti

1,8 milyon qazandı, amma işdən ÇIXARILDI – SƏBƏB Bu gün, 14:48 82 yaşlı Nebahat Çehrənin istirahət fotoları gündəm oldu Bu gün, 14:48 Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər Bu gün, 14:48 10 manatlıq borc mübahisəsi qanla bitdi: Təsbehlə təhqir edildiyini deyən gənc tanışını öldürdü Bu gün, 14:48 Vəzifə saxtakarlığında ittiham olunan Zülfüqar Zülfüqarov hakim qarşısına çıxarılacaq Bu gün, 14:48 Bakıda daha bir məktəb sökülərək yenidən tikiləcək Bu gün, 14:48 Ceyhun Bayramov və Sergey Lavrov arasında təkbətək görüş keçirilir Bu gün, 14:48 Vaqif Poeziya Günləri Şuşada davam edir Bu gün, 14:48 Lavrov: Moskva və Bakı müttəfiqlik potensialının tam açılmasına doğru irəliləyir Bu gün, 14:48 Agentlik sədri Füzulidə vətəndaşlarla görüşüb Bu gün, 14:48 İlkin Zeynallı: "Beynəlxalq təhsil və təcrübə yerli bazarın inkişafı üçün vacib alətdir" Bu gün, 13:48 Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ Bu gün, 13:48 Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib Bu gün, 13:48 Azərbaycan millisi Tacikistan yığması ilə yoldaşlıq oyunu keçirəcək Bu gün, 13:48 BDU-nun baş müəllimi Vaqif Nəbiyev vəfat edib Bu gün, 13:48 Dünya çempionatının bilet satışlarına start verildi Bu gün, 13:48 "Mançester Yunayted" 27 yaşlı futbolçu üçün hərəkətə keçdi Bu gün, 13:48 Sərxoş halda 150-dən çox qoyunu oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ Bu gün, 13:48 ABŞ İrana gedən üç ticarət gəmisini ələ keçirdiyini açıqlayıb Bu gün, 13:48 ChatGPT 1 milyard aylıq istifadəçiyə çatan ən sürətli tətbiq oldu Bu gün, 13:48 İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Bu gün, 12:48 AQTA: Bazarlardakı açıq ağartı məhsulları etiketlənəcək Bu gün, 12:48 "Sədərək"ə gedən yolda sürücülərin KABUSU - BMW-yə ziyan dəydi Bu gün, 12:48 ABŞ-nin Bəndər-Xomeynini vurması nəticəsində ölənlərin sayı artdı Bu gün, 12:48 Kambocanın Baş naziri Azərbaycana səfərə gələcək Bu gün, 12:48 Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 12:48 "Koroğlu"dan "Sea Breeze"ə ekspres avtobuslar yenidən sərnişin daşıyacaq Bu gün, 12:48 Sabah 35-38° isti olacaq Bu gün, 12:48 Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI Bu gün, 11:48 Slovakiya Prezidenti: Azərbaycan qaz təhcizatı məsələsində Bratislavanın əsas tərəfdaşıdır Bu gün, 11:48 Mənzil alanların diqqətinə - Bu halda pul tələb edə bilərsiniz Bu gün, 11:48 Deşam Fransa millisinin futbolçularına istirahət vermədi Bu gün, 11:48 İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Bu gün, 11:48 Vüqar Süleymanov: Azərbaycan dünyanın mina və partlayıcı sursatlarla ən çox çirklənmiş ölkələrindən biridir Bu gün, 11:48 İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Bu gün, 11:48 Azərbaycanda 6 ayda 13,3 milyon ton neft hasil edilib Bu gün, 11:48 Qazaxın azad olunmuş ərazilərinin 357 hektarı minalardan təmizlənib Bu gün, 11:48 İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Bu gün, 11:48 Arıqlama çayı və qəhvələrində təhlükəli maddələr aşkarlandı Bu gün, 11:48 Rusiyada gecə ərzində 243 Ukrayna PUA-sı məhv edilib Bu gün, 10:48 Xankəndidə ev yanıb Bu gün, 10:48 Azərbaycanda qaz ödənişləri ilə bağlı YENİLİK Bu gün, 10:48 Bakıda iki park arasında yeni piyada işıqforları quraşdırıldı Bu gün, 10:48 "Wizz Air" oktyabrda Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayacaq Bu gün, 10:48 "Barselona" Messi ilə Yamalın məşhur fotosunu paylaşıb "Sehrli" adlandırdı Bu gün, 10:48 AQTA 316 müəssisənin fəaliyyətini ciddi nöqsanlara görə məhdudlaşdırılıb Bu gün, 10:48 Bu bölgədə yeni heyvan bazarı açılacaq Bu gün, 10:48 SEPAH: ABŞ-nin Omandakı radarları vurulub Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR