Bu gün, 11:48 82

Allahşükür Paşazadə: Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik

Müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışını əks etdirən tarixi təcrübəyə, örnək tolerantlıq modelinə malik Azərbaycan dövlətinin BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığı ən yüksək səviyyədədir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Anqolada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının "Sülhə çağırış, Müharibələrə son qoyulması və Beynəlxalq hüquqa hörmət" təşəbbüsü çərçivəsində Yüksək səviyyəli dialoqda - "Sülh Alyansı" Sammitində deyib.

A. Paşazadə vurğulayıb ki, bəşəriyyətə nazil olmuş müqəddəs kitablarda əksini tapan ali həqiqətlərdən biri budur ki, Uca Rəbbin yaratdığı bir insanı belə qətlə yetirmək, bütün bəşəriyyəti məhv etmək qədər ağır cinayətdir. Bəşəriyyətin qan yaddaşında həkk olunmuş milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş qətliamlar insanlığa qarşı ən böyük və bağışlanılmaz günahlardandır. Gernika, Srebrenitsa və bu kimi insanlıq faciələrinin qurbanlarının xatirəsini ehtiramla yad etmək, Yer üzündə belə faciələrin bir daha baş verməməsi üçün səylərimizi birləşdirmək bizim insani borcumuzdur.

QMİ sədri diqqəti Xocalı soyqırımına yönəldərək qeyd edib:

"Kütləvi qətliam cinayətinə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır ki, bu dəhşətli həqiqəti dünya ictimaiyyəti bilməli, ədalətli qiymətini mütləq verməlidir. Biz hər il 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində 1992-ci ildə təcavüzkar qonşu dövlət tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə zəminində törədilmiş, 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq, 70 qocanın qətlə yetirildiyi soyqırımının ildönümünü qeyd edirik".

A.Paşazadə Azərbaycan dövlətinin sülhün təşviqindəki rolunu vurğulayaraq bildirib ki, dünyada insan qardaşlığına və bəşəri həmrəyliyə xidmət edən ideya və təşəbbüsləri ilə tanınan Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyi fəxarət mənbəyidir:

"Bu gün müharibələrin davam etdiyi bir zamanda beynəlxalq hüquqa söykənərək dünyada ədalətin, kövrək atəşkəslərin deyil, davamlı sülhün təntənəsi, Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün çalışmalı, dualar etməliyik. Yeni Gernikaların, Srebrenitsaların, Xocalıların baş verməməsi üçün BMT-nin əlaqələndirici rolu və Sivilizasiyalar Alyansının təşəbbüs və layihələri sayəsində biz, dini liderlər dünyanın daha əmin-aman, dərin mənəvi sütunlar üzərində daha dayanıqlı, ədalətli bərqərarı işinə öz töhfələrimizi verə bilərik".

Qeyd edək ki, tədbir çərçivəsində Şeyxülislam Anqola Prezidenti ilə görüşüb. QMİ sədri Anqola dövlət başçısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının salamlarını yetirib. Anqola Prezidenti, öz növbəsində, onun səmimi salamlarının dövlət başçımıza çatdırılmasını Şeyxülislamdan rica edib.

Paylaş

Xəbər lenti

"Qarabağ"ın biletləri bu gün satışa çıxarılır Bu gün, 11:48 Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub Bu gün, 11:48 Xırdalanda binada GÜCLÜ YANĞIN - Sakinlər belə təxliyə olundu Bu gün, 11:48 HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib Bu gün, 11:48 Rusiyanın bu hissəsində 5.3 maqnitudalı zəlzələ olub Bu gün, 11:48 Allahşükür Paşazadə: Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik Bu gün, 11:48 Bakıda azyaşlı bacı-qardaş itkin düşüb Bu gün, 11:48 Küveytdə İran zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma müəssisəsində yanğın olub Bu gün, 11:48 Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI Bu gün, 10:48 Raket və PUA hücumları - Küveyt hava limanında uçuşlar dayandırıldı Bu gün, 10:48 Suverenlik strategiya kimi: Əliyevin Şuşadan mesajları Bu gün, 10:48 DÇ-2026: Bu gecə mundialın üçüncüsü bilinəcək - Fransa ilə İngiltərə üz-üzə Bu gün, 10:48 Ana qızı ilə eyni ildə ali məktəbi bitirdi: 20 il sonra gerçəkləşən arzu Bu gün, 10:48 Xırdalanda yaşayış binasında YANĞIN OLUB Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır Bu gün, 09:48 CENTCOM: İrana qarşı hücumların yeddinci gecə mərhələsi başa çatıb Bu gün, 09:48 BDYPİ-dən istirahət üçün bölgələrə gedənlərə VACİB ÇAĞIRIŞ Bu gün, 09:48 İran Səudiyyə Ərəbistanına ballistik raket atıb, ABŞ hərbi obyektlərinə zərbələr endirib Bu gün, 09:48 Malatyada 5 bal gücündə zəlzələ olub Bu gün, 09:48 İran ordusu Hörmüzdən keçməyə cəhd edən gəmiyə hücum edib Bu gün, 00:48 Bakıda yağış yağacaq, şimşək çaxacaq Bu gün, 00:48 2026-cı ilin sonunda varlanacaq bürclər Bu gün, 00:48 Brent neftinin qiyməti 12 iyundan ilk dəfə olaraq 88 dolları ötüb Dünən, 23:48 2026-cı il dünya çempionatının finalında fasilə 17 dəqiqədən çox olmayacaq Dünən, 23:48 Bakıda qurumuş ağacın budaqları avtomobilin üzərinə aşıb Dünən, 23:48 Azərbaycanda rejissor vəfat etdi Dünən, 23:48 Naxçıvanın altı ayda büdcəsinin gəlirləri 218 milyon manatdan çox olub Dünən, 23:48 Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 22:48 Sandra Audirk ABŞ-nin Ukrayna üzrə müvəqqəti işlər vəkili təyin edilib Dünən, 22:48 Çinin Çuntsin şəhərində dağ uçqunu nəticəsində 8 nəfər ölüb Dünən, 22:48 "Sumqayıt" Abdul Raşid Mumini ilə müqaviləyə xitam verdi Dünən, 22:48 Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb Dünən, 21:49 Bakıda zəncirvari qəza Dünən, 21:49 Apple yenidən dünyanın ən bahalı şirkətləri siyahısına başçılıq edib Dünən, 21:48 Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib Dünən, 21:48 "Şəfa" - "İmişli" oyununda qalib müəyyənləşməyib Dünən, 21:48 Apellyasiya məhkəməsində Ermənistan vətəndaşlarının şikayətləri üzrə təqsirləndirilən şəxslərin çıxışları başa çatıb Dünən, 21:48 SAXAL HƏMAS-ın yüksəkrütbəli rəsmisini məhv edib Dünən, 20:48 Azərbaycanla Özbəkistan birgə geoloji kəşfiyyat işləri aparacaqlar Dünən, 20:48 "Evdə tək 2" filminin aktrisası vəfat edib Dünən, 20:48 Meksikada 7,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib Dünən, 20:48 690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam" Dünən, 19:48 Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib Dünən, 19:48 Tramp İranda yeni hədəf göstərdi Dünən, 19:48 Hukstra: Aİ emissiya bazarını investisiya mənbəyinə çevirmək niyyətindədir Dünən, 19:48 Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək Dünən, 19:48 Qarabağda torpaq icarəsi üzrə III investisiya müsabiqəsinin qalibləri müəyyən edilib Dünən, 19:48 Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR