Dünən, 22:48 157

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

Yay mövsümü başlar-başlamaz hər il qarşılaşdığımız acı mənzərə yenə də təkrarlanır: insanların dənizdə boğulması xəbərləri gündəmi sarsıdır. Belə məqamlarda "üzə bilmirdisə, suda nə işi vardı?", "ehtiyatsızlıq edib" kimi qınaqlarla yanaşı, dənizin təbii xüsusiyyətlərinin dəyişməsi - suyun çəkilməsi, relyefin fərqli olması ilə bağlı fikirlər də səslənir. Son vaxtlar isə bu fikirlərə dənizin təkcə sahilinin deyil, içərisindəki qumların da işbazlar tərəfindən daşınması xəbərləri əlavə olunub.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Dünyada hər saat orta hesabla 30-dan çox insan boğularaq həyatını itirir" statistikasında bizim insanların da yer alması böyük məyusluq doğurur.

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

Dənizdəki faciələrlə bağlı hazırkı vəziyyət problemin bütün tərəflərinə nəzər salmağı zəruri edir.

"İnsanlar normal çimmək üçün sahildən uzaqlaşmalı olurlar"

AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyevin sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin azalması müəyyən problemlər yaradıb: "İndi dənizdə hansı zona boğulma zonasıdır, demək çətindir. Dəniz elədir ki, istənilən an adam avtomaşınını sürüb başqa yerə gedə, yaşadığı yerdən uzaq, iş yerinə yaxın ərazidə çimə bilər. Xəzər dənizinin elə sahələri vardı ki, 50-100 metr, maksimum qurşağa qədər dərin idi. Həmin yerlərdə çimmək üçün kifayət qədər genişlik vardı və ailələr, uşaqlar üçün qorxulu deyildi. Təəssüf ki, indi bu ərazilər quruyub və ya həddən artıq dayazlaşıb. İnsanlar normal çimmək üçün sahildən uzaqlaşmalı olurlar. Daha dərin sahələrin də başqa problemləri var".

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

"Küləkli havalarda boğulmaqdan qurtulmaq çox çətindir"

Alimin fikrincə, boğulma hallarının baş verməsində havanın küləkli olması da böyük rol oynayır: "Külək dənizdə həddən artıq böyük dalğalar yaradır. Dalğalar beş metr sahilə doğru gəlirsə, ondan bir qədər artıq geri çəkilir. Çox adam məsuliyyətini anlamır və küləkli havada suya girir. Bir neçə dəfə belə hadisələrə rast gəlmişik və adamları güclə boğulmaqdan xilas etmişik. Küləkli havalarda dənizdə boğulmaqdan qurtulmaq çox çətindir. Digər tərəfdən, bəzi adamların heç xəbəri yoxdur ki, ürək-damar sistemlərində problem var: sahildə günəşli havada dayanır, ürək sakitcə işləyir, qəfildən soyuq suya girir və damalarda daralma gedir. Buna "sauna effekti" deyilir. Su soyuq olanda qıcolmalar artır, damarlar daralır. Onda funksional ürək dəyişikliyi baş verir və insanın batma ehtimalı çoxalır. Çünki bədən bu vəziyyətə hazır deyil". Alim bildirir ki, insanların qadağan olunmuş ərazilərdə çimməsi də böyük təhlükələrdəndir: "Qadağan olunmuş ərazilərdə çimmək insanı yüz faiz ölümə sürükləyir. Üzərkən çox dərinə getmək müqavimət hissini, gücü azaldır. Həmçinin dənizin relyefində də dəyişiklik var, 10 metr qabaqda səni nə gözlədiyini bilmirsən". Ə.Əliyev hesab edir ki, bütün çimərliklərdə qadağan olunan ərazilərdə nişanlar tənzimlənməlidir: "Gecə çimməklə bağlı cərimələr olmalıdır. Gecələr yemək yeyib dənizə girənlər adətən içkili adamlar olur. Onların da batmaq ehtimalı daha çoxdur. DİN, FHN və digər aidiyyəti qurumlar bu istiqamətdə nəzarəti gücləndirməlidirlər".

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

"Dəniz amansız deyil, insanlar laqeyddirlər"

"Ekoloq" Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin rəhbəri Aynurə Miriyeva baş verən faciələrdə dənizi deyil, insanları qınayır: "Dəniz amansız deyil, insanlar məsuliyyətsiz və laqeyddirlər. Dənizdə batma hallarının böyük faizi içkili halda suya girməklə bağlıdır. Alkoqol insanın qorxu hissini azaldır, özünəinamı süni şəkildə artırır və reaksiyaları gecikdirir. İsti havadan birdən-birə soyuq suya daxil olduqda bədəndə temperatur şoku yaşanır. Belə hallarda təcrübəli üzgüçülərin belə dənizdə boğulduqlarını eşidirik. Səbəb də dənizdə olan özül axıntıdır. Dalğaların sahilə gətirdiyi su sürətlə geri çəkəndə buna heç bir insan gücü dayana bilmir".

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

Ekoloq bildirir ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi sualtı relyefi də dəyişib: "İndi bir çox yarğanlar, fərqli axınlar yaranıb ki, bunlar da ölüm təhlükəsini çoxaldıb. İcazəsiz zonalarda "üzmək təhlükəlidir!" nişanına biganə yanaşmaq, xəbərdarlıqlara riayət etməmək, tez-tez baş verən hava dəyişiklikləri dənizdə batmaların sayını çoxaldır".

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

"Bilgəh və Buzovna tərəflərdə axıntılar daha çoxdur"

Dalğıc Füzuli Nəbiyev isə deyir ki, müşahidələrinə görə dənizdə boğulma hallarında üzmək bacarığının olmaması, suya içkili girmək və havanın küləkli olması amilləri böyük rol oynayır: "Dənizdə axıntılar var. Axıntılar xüsusən əks istiqamətə üzməyi bacarmayanları aparır. Bilgəh və Buzovna tərəflərdə axıntılar daha çoxdur. Amma "filan yerdə boğulma riski daha yüksəkdir" demək olmaz. Çünki axıntılar yerlərini dəyişirlər".

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

F.Nəbiyev hər il suda boğulma hallarının artmasını həm də peşəkar xilasedicilərin sayının az olması, bu sahəyə təsadüfi adamların yol tapması ilə əlaqələndirir: "Çimərliklərdə nəzarət o qədər də güclü deyil. Xilasedicilərin özləri belə təcrübəli deyillər. Normalda xilsaedicilər dənizi tanımalı, suya girənin hansı istiqamətə üzəcəyini bilməlidirlər. Təəssüf ki, hazırda belə peşəkarlar azdır". F.Nəbiyev insanları məsuliyyətsizlikdə də qınayır: "Heç kəsə yaxınlaşıb "orada üzmə", "o əraziyə getmə" demək olmur. İçkili adama "geri qayıt" deyəndə sənə sərt cavab verir".

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

Dalğıc hesab edir ki, dənizdə təhlükəli zonalar, küləkli havanın təhlükəsi və s. ilə bağlı insanların məlumatlılığının artmasına ehtiyac var: "İnsanlar təlimatlanmalıdırlar. Bilməlidirlər ki, məsələn, külək varsa, axıntı da var. Bu isə həyat üçün təhlükəlidir. Öz müşahidələrimə və təcrübəmə əsasən deyirəm ki, düzünə üzüb dərinə getmək məcburi deyil. Dərinə üzürsənsə bu, təhlükəlidir. Üzmə və boğulma…"

Paylaş

Xəbər lenti

Sabah 14 yaşayış məntəqəsində qaz olmayacaq Bu gün, 16:48 HƏMAS-ın yeni lideri məlum olub Bu gün, 16:48 Samir Abasov: "Final oyunu maraqlı keçmədi, DÇ-2026 çox da xoşuma gəlmədi" Bu gün, 16:48 90 milyonluq dələduzluqda ittiham olunan şəxs Azərbaycana gətirildi Bu gün, 16:48 UEFA Konfrans Liqası: "Zirə"nin potensial rəqibləri dəqiqləşib Bu gün, 16:48 Əmək müqaviləsi ilə çalışanların sayı artırılacaq Bu gün, 15:48 Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir Bu gün, 15:48 Məşhur müğənni London metrosunda rəqsi ilə gündəm oldu Bu gün, 15:48 İşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlər yaradılacaq Bu gün, 15:48 Özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət ödəyəcək Bu gün, 15:48 Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən "Kitab dayanacağı" istifadəyə verildi Bu gün, 15:48 UEFA Avropa Liqası: "Qarabağ"ın növbəti III təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib Bu gün, 15:48 Bir və "UnionPay" tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir Bu gün, 15:48 Bakı-Qazax yolunda 2 TIR aşıb Bu gün, 15:48 ASCO sədri donanma rəisini vəzifəsindən AZAD ETDİ Bu gün, 15:48 İlham Əliyev İspaniyanın futbol üzrə dünya çempionu olması münasibəti ilə Kralı təbrik edib Bu gün, 14:48 Seyfulla İsmayılova yüksək vəzifə verildi Bu gün, 14:48 Azərbaycanda 2026-2030-cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı təsdiqlənib Bu gün, 14:48 Mədəniyyətlərin kəsişmə nöqtəsi: Bakının xarici qonaqları Bu gün, 14:48 UEFA Çempionlar Liqası: "Sabah"ın III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub Bu gün, 14:48 "İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq Bu gün, 14:48 UEFA Çempionlar Liqası: "Fənərbağça"nın növbəti raunddakı potensial rəqibləri müəyyənləşib Bu gün, 14:48 Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır Bu gün, 14:48 "Zirə" yamaykalı vingeri heyətinə qatdı Bu gün, 14:48 Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb Bu gün, 13:48 Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb Bu gün, 13:48 Avstriyanın Azərbaycandakı yeni səfiri avqustun sonunda Bakıya gələcək Bu gün, 13:48 Oğuzhan Uğur məhkəməyə göndərildi Bu gün, 13:48 Xaçmazda heyvan bazarı fəaliyyətə başlayıb Bu gün, 13:48 Hacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm" Bu gün, 13:48 Bakıda 24 yaşlı gənc dənizdə boğulub Bu gün, 13:48 Azərbaycanda "İstilik qurğularının quraşdırılması Qaydaları" təsdiqlənib Bu gün, 13:48 Azərbaycan və Özbəkistan prokurorluqları süni intellekt sahəsində əməkdaşlığı genişləndirəcək Bu gün, 13:48 Bakıda istirahət məkanlarına bilet satacağını deyərək dələduzluq edən şəxs saxlanılıb Bu gün, 12:48 Xatirə İslam və həyat yoldaşı bu qayda pozuntusuna görə CƏRİMƏLƏNDİ Bu gün, 12:48 Peruda güclü zəlzələ: Ölən və yaralananlar var Bu gün, 12:48 Bakıda mağazaya girib qadını yumruqlayan kişi HƏBS OLUNUB Bu gün, 12:48 Tramp və Pedro Sançes dünya çempionatının finalında ilk dəfə üz-üzə gəldi Bu gün, 12:48 Türkiyədə bələdiyyə sədri və əri saxlanılıb Bu gün, 11:48 İranda 5,5 bal gücündə zəlzələ baş verib Bu gün, 11:48 Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi Bu gün, 11:48 Məktəbdə əməkhaqqı ödənişi ilə bağlı POZUNTU - Dövlət Xidməti hərəkətə keçdi Bu gün, 11:48 Ukraynada hərbi xidmətdən yayınanların səs vermə hüququ əlindən alına bilər Bu gün, 11:48 Qubada 7 kiloqram marixuana aşkarlanıb Bu gün, 11:48 Avrokuboklarda növbəti püşk atılır: "Qarabağ" "Fənərbağça"ya, "Neftçi" "Braqa"ya rəqib ola bilər Bu gün, 11:48 Küveyt İranın raketlərinə müdaxilə edib Bu gün, 11:48 Bu gün Anar Məmmədxanovun doğum günüdür Bu gün, 11:48 Çin Rusiyadan neft idxalını 16,7% artırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR