
Ukraynalı publisist və siyasi xadim Anatoli Yakimenko hərbi xidmətdən yayınan şəxslərin seçki hüququndan məhrum edilməsini təklif edib.
AVESTA.AZ xəbər verir ki, o, bu barədə "ProUA" telekanalının efirində çıxışı zamanı danışıb.
Yakimenkonun sözlərinə görə, ölkədə Silahlı Qüvvələrin könüllülər hesabına komplektləşdirilməsi imkanları tükənib və buna görə də dövlətin bu məsələyə yanaşmasını dəyişməsi zəruridir.
O bildirib ki, hərbi xidmətə könüllü getmək istəməyən şəxslər alternativ xidmətə cəlb oluna bilər. Bu halda onların müəyyən hüquqları, o cümlədən seçkilərdə səsvermə və dövlət qulluğunda karyera qurmaq imkanları məhdudlaşdırıla bilər.
Yakimenko hesab edir ki, dini və ya digər səbəblərlə silah götürmək istəməyən vətəndaşlar patron zavodlarında və ya digər sahələrdə çalışa bilərlər. Lakin onlar seçkilərdə iştirak etməməli, bununla yanaşı, vergi ödəməyə davam etməlidirlər.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələrinin keçmiş komandir müavini Pavel Yelizarov da hərbi xidmətdən yayınan şəxslərin 10 il müddətinə səsvermə hüququndan məhrum edilməsini təklif etmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.