Dünən, 18:48 111

ƏƏSMN Məşğulluq Strategiyasının icrası üzrə keçiriləcək tədbirləri açıqlayıb

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə təsdiq edilmiş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda 6 prioritet istiqamətdə tədbirlərin görülməsi təmin ediləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Onların sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması daxildir.

Bundan başqa, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi kimi istiqamətlər görüləcək tədbirlər siyahındadır.

Sənəd regionlarda gənclərin startap layihələrinin dəstəklənməsi, özünüməşğulluq proqramına cəlb olunan şəxslərin biznes subyektləri kimi formalaşdırılmasını təşviq edən yeni mexanizmlərin yaradılmasını nəzərdə tutur.

Tədbirlər planına əsasən, 2026–2030-cu illərdə dayanıqlı iş yerlərinin yaradılması məqsədilə KOB subyektləri üçün keyfiyyətli məsləhət xidmətlərinə çıxış imkanları, aqrar sektorda əmək məhsuldarlığının artırılması məqsədilə müasir texnologiyaların tətbiqi genişləndiriləcək. Xüsusilə kənd yerlərində turizm infrastrukturunun inkişafı sahəsində tədbirlər həyata keçiriləcək.

"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" Qanun layihəsi hazırlanacaq, əmək miqrasiyası üzrə qanunvericilik təkmilləşdiriləcək, iş yerində öyrənmə (usta yanında şagirdlik və təcrübəkeçmə) üzrə yeni mexanizmin yaradılması üçün normativ hüquqi baza yaradılacaq.

Həmçinin qeyd edilən dövrdə məşğulluq sahəsində göstərilən xidmətlərin elektronlaşdırılmasının genişləndirilməsi, məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması, peşə hazırlığı mərkəzləri şəbəkəsinin genişləndirilməsi, beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması, "Peşələr üzrə elektron atlas" informasiya sisteminın yaradılması, peşə və kvalifikasiya standartlarının davamlı olaraq yenilənməsi nəzərdə tutulur.

Həmçinin "Yaşıl iqtisadiyyat"a keçid kontekstində müasir bacarıqların əldə olunması məqsədilə peşə hazırlığı proqramlarının təkmilləşdirilməsi, dual peşə təhsili modelinin əhatə dairəsinin genişləndirilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün aktiv məşğulluq proqramlarının sayının artırılması, regionlarda işsiz və işaxtaran şəxslər (xüsusilə gənclər) üçün onlayn və hibrid təlimlərin təşkili planlaşdırılır.

"Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatından istifadə etməklə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin görülməsi, dövlət uşaq müəssisələrindən məzun olmuş əməkqabiliyyətli şəxslərin məşğulluğunun dəstəklənməsi üzrə tədbirlərin həyata keçirilməsi, təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi üzrə dövri müayinələr aparılması və s. kimi tədbirlərin görülməsi nəzərdə tutulur.

Paylaş

Xəbər lenti

Tramp ABŞ-da Netanyahunun həbsi ilə bağlı heç bir təhdid olmadığını açıqlayıb Bu gün, 00:48 Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? Bu gün, 00:48 "Qarabağ"ın Avropa Liqasındakı rəqibi Bolqarıstan çempionatına heç-heçə ilə başlayıb Dünən, 23:48 İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb Dünən, 23:48 Rusiya ordusunun Dnepropetrovska zərbələri nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb Dünən, 23:48 Volodimir Zelenski ilə Endi Bernemin görüşü razılaşdırılıb Dünən, 23:48 Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb Dünən, 23:48 Nigar Fərhadın rəhbərlik etdiyi şirkətə qarşı ciddi iddialar Dünən, 23:48 Yunanıstana məxsus iki tanker Hörmüz boğazında hücuma məruz qalıb Dünən, 23:48 Sabah 39 yaşayış məntəqəsində işıq olmayacaq Dünən, 22:48 "Qarabağ"ın Avropa Liqasındakı rəqibi Makedoniya çempionatına heç-heçə ilə başlayıb Dünən, 22:48 Günəşdə güclü alışma qeydə alındı Dünən, 22:48 Hirkan Milli Parkında xoşagəlməz görüntülər Dünən, 22:48 Rusiya Mərkəzi Bankının qızıl ehtiyatları 2020-ci ilin fevral ayından bəri minimuma enib Dünən, 22:48 Binəqədinin Cantəpə massivinin yolları əhalinin canını boğaza yığıb Dünən, 21:48 Həmyaşıdlarına örnək olan Paşa uğurunun sirlərini bölüşdü: "Əsas məsələ çox oxumaq deyil" Dünən, 21:48 Repetitorlara ehtiyac qalmayacaq: Valideynlərin yükü azalır, təhsildə inqilabi yenilik tətbiq olunur Dünən, 21:48 Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gedib Dünən, 21:48 Kürdəxanıda qalmaqal: Bağında yaşamağa icazə verdi, indi çıxara bilmir Dünən, 21:48 Messidən finaldan sonra hamını təəccübləndirən addım Dünən, 21:48 Süni intellektlə hazırlanan ilk tarixi sənədli filmin təqdimatı keçirilib Dünən, 20:48 "Birlik" Karate Klubunun üzvləri "Olimpiya Ümidləri" beynəlxalq turnirində uğurla çıxış ediblər Dünən, 20:48 Qubada avtomobil dirəyə çırpıldı: Xəsarət alan var Dünən, 20:48 ABŞ və İran sülhə, yoxsa yeni müharibəyə hazırlaşırlar? - Pərdəarxası məqamlar Dünən, 20:48 FIFA Argentina millisinin oyunçularının davranışlarını araşdıracaq Dünən, 20:48 Salyanda baş verən qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub Dünən, 20:48 "Araz-Naxçıvan" yoxlama oyununda 11:2 hesablı qələbə qazanıb Dünən, 20:48 Sosial şəbəkədə qadını şantaj edərək pul və qızıl əşyalarını talayan şəxs saxlanılıb Dünən, 19:48 Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır - BİRGƏ MƏLUMAT Dünən, 19:48 İkiqat "Qızıl top" mükafatçısı Kevin Kiqan vəfat edib Dünən, 19:48 Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb Dünən, 19:48 Qumarda uduzdu, DGK-da iş vədi ilə 29 minlik dələduzluq etdi Dünən, 18:48 Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edilib Dünən, 18:48 Ukrayna mediası: Mixaylo Fedorov yalnız müdafiə naziri vəzifəsinə qayıtmağa hazırdır Dünən, 18:48 Böyükşor bulvarında təhlükə var? Dünən, 18:48 ƏƏSMN Məşğulluq Strategiyasının icrası üzrə keçiriləcək tədbirləri açıqlayıb Dünən, 18:48 Endi Börnem Böyük Britaniyanın yeni Baş naziri olub Dünən, 17:48 Bir sıra mallar üçün gömrük yığımları müəyyənləşib Dünən, 17:48 Daha bir ərazidə BÖYÜK SÖKÜNTÜ - Mülkiyyət sahiblərinə kompensasiya ödənilir Dünən, 17:48 Şəkinin mərkəzində yeni salınan yolu dəlik-deşik etdilər Dünən, 17:48 Qazaxda ata və qızı göldə batıb Dünən, 17:48 Ət bazarında yeni qaydalar: Fermer, istehlakçı və qiymətlər necə dəyişəcək? Dünən, 17:48 Sabah 14 yaşayış məntəqəsində qaz olmayacaq Dünən, 16:48 HƏMAS-ın yeni lideri məlum olub Dünən, 16:48 Samir Abasov: "Final oyunu maraqlı keçmədi, DÇ-2026 çox da xoşuma gəlmədi" Dünən, 16:48 90 milyonluq dələduzluqda ittiham olunan şəxs Azərbaycana gətirildi Dünən, 16:48 UEFA Konfrans Liqası: "Zirə"nin potensial rəqibləri dəqiqləşib Dünən, 16:48 Əmək müqaviləsi ilə çalışanların sayı artırılacaq Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR