
Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında ölənlərin sayı 19-a çatıb, 29 nəfər yaralanıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Yaralılardan 15-i uşaqdır.
DİN-dən bildirilib ki, hadisənin səbəbi araşdırılır.
Ukraynada helikopter qəzasında həlak olanların sayı 18-ə çatıb.
“AVESTA.AZ” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba məlumat verib.
Ölənlərdən 3-ü uşaqdır.
Qəza nəticəsində 26 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, həlak olanlar arasında Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də var.
Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində uşaq bağçasının yaxınlığında partlayış, daha sonra isə güclü yanğın baş verib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
UNİAN-ın məlumatına görə, qəza nəticəsində 5 nəfər ölüb və onların arasında uşaqların olması ehtimalı var.
Kiyev vilayəti polisinin mətbuat katibi İrina Pryanişnikova bir nəfərin öldüyünü açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.