28-07-2026, 12:48 15

Nazirlikdə vəzifə vədi ilə 64 minlik dələduzluq edənlərə HÖKM OXUNDU

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində yüksək vəzifəyə təyinat vədi ilə vətəndaşdan 64 min manatdan çox pul almaqda təqsirləndirilən iki nəfərin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

AVESTA.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə təqsirli bilinib.

Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxslər zərərçəkmişə oğlunun Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində rəis müavini vəzifəsinə təyin ediləcəyini vəd ediblər. Bu məqsədlə onlar müxtəlif vaxtlarda zərərçəkmişdən ümumilikdə 64 min 75 manat alıblar.

İş materiallarına əsasən, pul vəsaitinin bir hissəsi Bakıda Montin bağı və "Qəsr" restoranında keçirilən görüşlər zamanı nağd şəkildə verilib, digər hissəsi isə təqsirləndirilən şəxslərin istifadə etdikləri bank kartlarına köçürülüb. Zərərçəkmiş məhkəmədə ifadəsində bildirib ki, oğlunun dövlət qurumunda yüksək vəzifəyə təyin olunacağına inanaraq tələb olunan məbləği hissə-hissə ödəyib. Lakin sonradan nə verilən vəd yerinə yetirilib, nə də pullar geri qaytarılıb. Bundan sonra o, hüquq-mühafizə orqanlarına müraciət edib.

Təqsirləndirilən şəxslər isə məhkəmədə özlərini təqsirli bilməyiblər. Onlardan biri pul almadığını və yalnız tərəfləri tanış etdiyini iddia edib. Digəri isə vəzifəyə təyin olunacağı ilə bağlı heç kimə qəti söz vermədiyini, sadəcə, məsələ ilə maraqlanacağını bildirdiyini deyib.

Məhkəmə şahid ifadələrini, bank köçürmələrini, ödəniş qəbzlərini və digər sübutları araşdırdıqdan sonra ittihamın tam sübuta yetirildiyi qənaətinə gəlib. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən biri beş il müddətinə azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin 70.1-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunaraq cəza şərti hesab edilib və ona iki il sınaq müddəti təyin olunub. Digər təqsirləndirilən şəxsə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Əvvəlki məhkumluğu nəzərə alınaraq cəzalar qismən toplanılıb, şübhəli şəxs qismində saxlanıldığı iki gün ümumi cəzadan çıxılıb.

Nəticədə ona qəti olaraq 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Paylaş

Xəbər lenti

Ağsuda dağlıq ərazidə yanğın başlayıb Bu gün, 15:49 Bakıda oğlunu öldürən qadın özünü binadan atdı Bu gün, 15:49 Ançelotti Rafinyanı hücumçu mövqeyində sınayacaq Bu gün, 15:48 Qəhvə insanlara niyə fərqli təsir edir? - Dietoloq səbəbini açıqladı Bu gün, 15:48 Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı Bu gün, 15:48 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ Bu gün, 15:48 Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm – 5 il həbs şərti verildi Bu gün, 15:48 Kəlbəcərə sərmayə üçün tarixi fürsət: İlk özəl kompleksin satış şərtləri. Bu gün, 15:48 3 uşaq anası evdən qaçıb? - "Tez gəldim nənəmə dedim ki..." Bu gün, 15:48 Yanvar-avqust aylarında 32 440 uşağa reabilitasiya xidmətləri göstərilib Bu gün, 14:48 Bu həftə 12 bürcü nələr gözləyir? – Keçmiş sevgilər və pul gündəmdə Bu gün, 14:48 Jurnalist Əvəz Zeynallı vəfat etdi Bu gün, 14:48 Bakıda sabah yağış yağacaq - HAVA PROQNOZU Bu gün, 14:48 Bakının mərkəzində piyada zonaları genişləndirilir Bu gün, 14:48 "Birliyin Gücü – 2026": Panton körpülərin qurulması, minalı sahələrdə keçidlər icra olunub Bu gün, 14:48 Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb Bu gün, 14:48 Məşhur brendin yeni smartfonlarından vacib aksesuar çıxarılıb Bu gün, 14:48 Putin Səudiyyə Ərəbistanındakı səfiri vəzifədən azad edib Bu gün, 14:48 "Azərbaycanda idarələrdə də öz dilimizdə danışmırlar" - Ayxan Abbasov Bu gün, 14:48 Məmmədli qəsəbəsində qadın qətlə yetirilib, əri şübhəli bilinir Bu gün, 14:48 Murad Ağabəyli: "Palçıq vulkanları turizm kompleksinə gələnlərin 93-94 faizini xaricilər təşkil edir" Bu gün, 13:48 Bakıda dəhşətli qətl: 48 yaşlı qadın evində öldürüldü Bu gün, 13:48 Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb Bu gün, 13:48 İranda dolların məzənnəsi rekord həddə çatdı – 2,3 milyon rialı keçdi Bu gün, 13:48 Nazirlik: 1 nəfərdə quduzluq müşahidə edilib Bu gün, 13:48 Hindistan və Nepalda sel və torpaq sürüşməsi: 83 nəfər öldü Bu gün, 13:48 Buğda son 20 ilin ən yüksək səviyyəsinə çatdı - Çörək bahalaşacaq? Bu gün, 12:48 Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb Bu gün, 12:48 Öldürülən həkimin qızından ŞOK AÇIQLAMA: "Anamı öldürüb mənə dağ çəkməsi yetmirmiş kimi..." Bu gün, 12:48 Kiyev vilayətinə hücumda azərbaycanlı həlak olub – Zelenskidən açıqlama Bu gün, 12:48 SOCAR AQŞ maliyyə vəziyyətini açıqlayıb Bu gün, 12:48 Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur - 3,7 milyon manatlıq LAYİHƏ Bu gün, 12:48 Liseyin yaxınlığında ağac yandı, məktəbin elektrik xətləri zərər gördü Bu gün, 12:48 Murad Ağabəyli: "Bu il qoruqlara 432 min nəfər bilet alıb" Bu gün, 12:48 Vahid Ələkbərov "Forbes"də BİRİNCİ Bu gün, 12:48 Avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi – VƏSİQƏSİ də əlindən alındı Bu gün, 11:48 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE Bu gün, 11:48 Vətən müharibəsi qazisi, aşpaz vəfat etdi Bu gün, 11:48 Bakıda tıxacları belə azaltmaq olar - Avtobus zolaqları, dayanacaqlar... Bu gün, 11:48 BDYPİ-dən yük maşını sürücülərinə SƏRT ÇAĞIRIŞ: "Yorğun halda sükan arxasına keçməyin!" Bu gün, 11:48 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı Bu gün, 11:48 Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək Bu gün, 10:48 KitKat fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar Bu gün, 10:48 Bakıda bu ərazidə yeni tunel TİKİLƏCƏK Bu gün, 10:48 "Harmoniya" sənədli filmi Romada təqdim olunacaq Bu gün, 10:48 Azərbaycanda maaş artımı ilə bağlı SEVİNDİRİCİ XƏBƏR Bu gün, 10:48 İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI Bu gün, 10:48 Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR