
Qubada 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
"AVESTA.AZ"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Zərdabi qəsəbəsində baş verib.
Belə ki, 1936-cı il təvəllüdlü Gülbaba Əzizov yaşadığı evdə istilik sobasının üstünə yıxılıb, nəticədə yanıq xəsarətləri alaraq ölüb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.