31-07-2026, 14:48 39

Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinikaya 10 GÜN VAXT VERİLDİ

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "Vital Hospital" kimi tanınan "SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ" MMC-də plandankənar yoxlama keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə AEM-dən məlumat verilib.

Bildirilib ki, yoxlama nəticəsində insan həyatı və ya sağlamlığına zərər verəcək bir sıra qanun pozuntuları aşkar edilib: "Belə ki, klinikada tibbi təyinatlı məmulatların dezinfeksiyası və sterilizasiyası, dezinseksiya və deratizasiya tədbirlərinin, alətlərin sterilizasiyanın sanitariya norma və qaydalarının tələblərinə uyğun aparılmadığı, həmçinin "Lisenziyalar və İcazələr haqqında" Azərbaycan Respublikası Qanununun, 27-ci maddəsinin pozulması, lisenziyanın şərtlərinə riayət olunmaması aşkarlanıb.

Bu sırada aşağıdakı qanun pozuntularını sadalamaq olar: müəssisədə ambulator xidmət üzrə "terapevtik", "kardioloji", "ginekoloji" işlər üzrə prosedur otaqları təşkil edilməyib. "Qastroenteroloji" işin sahələri qaydalara uyğunlaşdırılmayıb. "Nefroloji", "endokrinoloji", "revmatoloji", "neyrocərrahi", "üz-çənə cərrahi", "diyetoloji", "hematoloji", "dermatoloji", "psixiatrik", "otorinolarinqoloji", "plastik cərrahi", "ümumi cərrahi", "uroloji", "travmatoloji–ortopedik", "anestezioloji-reanimatoloji", "pediatrik", "rentgenoloji", "kompyuter tomoqrafiyası", "nüvə maqnit rezonansı" işlər üzrə otaqlar təşkil edilməyib. Pediatriya ixtisası üzrə pediatrik işi otağında peyvənd sahəsi yaradılıb. Kardioloq və ginekoloq həkimlərin qəbul otağı birgə təşkil olunub. Peyvənd sahəsində məişət tipli soyuducudan istifadə olunur. Biomateriallar ilə reagentlərin soyuducuda bir yerdə saxlanması aşkar edilib.

"Rentgenoloji" iş üzrə fəaliyyət aşkar olunsa da, müəssisəyə dair "Xüsusi icazə" sənədinin müddətinin bitməsi müəyyən edilib. "Radioloji gigiyenik pasport" sənədi yoxlamaya təqdim edilməyib. Tibbi tullantıların idarə olunmasına dair tələblərə müvafiq olaraq cavabdeh şəxs təyin olunmayıb, müvəqqəti saxlanılma otağı qaydalara uyğun təşkil edilməyib, iri konteynerlər açıq şəkildə, əlçatan yerdə, təhlükəsizlik qaydalarına riayət olunmadan saxlanılıb. Müəssisə daxilində tibbi tullantıların idarə olunması (çeşidlənməsi, toplanması) təsnifatı üzrə aparılmır, qarışdırılır, təhlükəsizlik qaydalarına riayət olunmur, kəsici və deşici tullantılar üçün karton sərt qutudan iynə ucunun çıxıntısı aşkar edilib.

Lakin, sadalananlar aşkar edilən qanun pozuntularının heç də hamısı deyil. Belə ki, müəssisədə Özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərini ixtisaslarına uyğun vəzifəyə təyin etmədiyi müəyyən edilib. Məsələn, ixtisasca "laborant"ın "baş tibb bacısı" vəzifəsinə təyin olunması aşkar edilibr. "Şüa diaqnostika" ixtisaslı həkim "radioloq" vəzifəsinə təyin edilib. Bəzi şəxslərin əmək müqaviləsi yoxlamaya təqdim edilməyib.

Bundan əlavə, müəssisədə lisenziyadan kənar "kosmetoloji" iş və fəaliyyətin olması faktı aşkar edilib. Bu işi ixtisasca dermatoveneroloq həkim-mütəxəssisin icra etdiyi aşkarlanıb. Həmçinin, müəssisədə yararlılıq müddəti bitmiş dərman və tibb vasitələri aşkar edilib, dərman vasitələrinin saxlanılmasına dair tələblərə riayət olunmaması faktı üzə çıxıb.

Yuxarıda qeyd edilən hallar Qanunun 28.2.10-cu maddəsi əsas götürülərək müəssisənin fəaliyyətinin insan həyat və sağlamlığı üçün ciddi təhlükə daşıdığını sübut edir. Bu səbəbdən, "SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ" MMC-də stasionar tibbi xidmətin fəaliyyətinin dayandırılması qərara alınıb və qeyd edilən nöqsanların 10 iş günündə aradan qaldırılması barədə sahibkara göstəriş verilib. Müddət bitdikdən sonra müəssisədə yenidən yoxlama keçiriləcək və nəticəyə uyğun müvafiq addımlar atılacaq", - məlumatda bildirilib.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR