31-07-2026, 20:48 72

Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iyulun 30-da yaydığı, Fransa vətəndaşı Martin Ryan barəsində keçirilən məhkəmə prosesinin və çıxarılmış hökmün qanuniliyini şübhə altına alan bəyanatını qəti şəkildə rədd edib.

AVESTA.AZ xəbər verir ki, "Caliber" məsələ ilə bağlı xüsusi araşdırma aparıb.

Xatırladaq ki, XİN Parisin məhkəmə prosesinə siyasi qiymət vermək, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə etmək cəhdlərini, həmçinin Martin Ryanın saxlanılmasını "əsassız", məhkəmə araşdırmasını isə "ədalətsiz" kimi təqdim etməsini qəbuledilməz adlandırıb.

"XİN-in bəyanatında vurğulanırdı ki, Martin Ryan barəsində cinayət işi qanunvericiliyin tələblərinə tam uyğun şəkildə araşdırılıb. Məhkəmə təqdim olunmuş sübutlar əsasında qərar qəbul edib. Prosesin bütün mərhələlərində təqsirləndirilən şəxsin prosessual hüquqları təmin olunub. Bundan əlavə, hər bir məhkəmə iclasında Fransanın Azərbaycandakı səfirliyinin konsulluq xidmətinin nümayəndələri iştirak ediblər", - məqalədə deyilir.

Materialda bir sıra mühüm məqamlara diqqət yetirilir.

Daha əvvəl KİV-də xəbər verildiyi kimi, iş materiallarının araşdırılması zamanı Azərbaycanda Fransa diplomatik korpusunun nümayəndələri tərəfindən idarə olunan casus şəbəkəsinin fəaliyyət üsulları üzə çıxıb. Xüsusilə müəyyən edilib ki, bu şəbəkənin iştirakçıları tərcüməçilərdən, intim münasibətlərdən və digər cəlbetmə və məxfi məlumatlara çıxış əldə etmə üsullarından istifadə etməklə digər dövlətlərin diplomatik nümayəndəliklərinə gizli şəkildə nüfuz etməyə cəhd göstəriblər.

Məhkəmə prosesi zamanı çoxsaylı texniki materiallar təqdim olunub, bu fəaliyyətlə birbaşa əlaqəli şəxslərin ifadələri dinlənilib, həmçinin Martin Ryanın və iş üzrə digər fiqurantların etiraf xarakterli ifadələri səsləndirilib.

"Bununla əlaqədar Caliber.az redaksiyası Fransa casus şəbəkəsinin qanunsuz fəaliyyətini məhz hansı dövlətlərin diplomatik nümayəndəliklərinə qarşı həyata keçirdiyini müəyyən etməyi və bunu ictimaiyyətə açıqlamağı zəruri hesab edir.

Əgər Fransanın Avropa və Xarici İşlər Nazirliyi həqiqətən də bu cinayət işinin halları ilə bu qədər maraqlanırsa, redaksiyamız məhkəmə prosesinin başa çatmasını nəzərə alaraq, istintaqı aparmış təhlükəsizlik orqanına və məhkəməyə müraciət edərək müvafiq səfirliklərin adlarının açıqlanmasını xahiş etmək niyyətindədir.

Bu məlumatların açıqlanması, şübhəsiz ki, həm Fransa ictimaiyyətində, həm də Parisin açıq şəkildə öz müttəfiqləri və dostları adlandırdığı, eyni zamanda onlara qarşı gizli kəşfiyyat fəaliyyəti apardığı dövlətlərdə böyük maraq doğuracaq.

Fransanın səlahiyyətli qurumları yaxşı bilirlər ki, Fransa agentura şəbəkəsinin əməliyyatlarının hədəfi olmuş ölkələrlə bağlı məsələ bu və onunla əlaqəli cinayət işlərinin yalnız bir epizodudur və həmin işlərin digər təfərrüatı da zaman keçdikcə ictimaiyyətə məlum ola bilər.

Diqqətçəkən məqam odur ki, məhz Azərbaycanda araşdırılan cinayət işi çərçivəsində həbslərin başlanmasından, ardıcıl ifşalardan və şəxslərin "persona non grata" elan edilərək ölkədən çıxarılmasından cəmi bir neçə gün sonra Fransa Prezidenti Emmanuel Makron 2023-cü il dekabrın 20-də Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəhbəri Bernar Emiyeni vəzifəsindən azad edib.

Caliber.az redaksiyası, həmçinin, Fransanın Avropa və Xarici İşlər Nazirliyini Anass Derras və Aleksandr Benalla barəsində cinayət işi ilə bağlı da eyni dərəcədə açıq mövqe nümayiş etdirməyə çağırır. Söhbət Fransa rəsmilərinin xarici milyarderlərin aktivlərinin Avropa sanksiyalarından qorunmasına kömək göstərmək müqabilində rüşvət almaları iddiaları ilə bağlı aparılan araşdırmadan gedir", - məqalədə deyilir.

Paylaş

Xəbər lenti

Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb Bu gün, 09:48 Vəkil Orxan Kəngərli narkotiklə saxlanıldı Bu gün, 09:48 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi Bu gün, 09:48 Ağdamın iqtisadiyyatı Zəfərdən sonra 8 dəfə böyüyüb Bu gün, 09:48 Xankəndi stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol matçı keçiriləcək Bu gün, 09:48 Azərbaycanda sosial-mədəni tədbirlərə 11 milyard manata yaxın vəsait xərclənib Bu gün, 09:48 Pentaqon rəhbəri müvəqqəti hakimiyyətlə danışıqlar aparmaq üçün Venesuelaya səfər edib Bu gün, 01:48 Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub Bu gün, 01:48 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? Bu gün, 01:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib Dünən, 23:48 Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!" Dünən, 23:48 Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub Dünən, 23:48 Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik Dünən, 23:48 Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir Dünən, 22:48 Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu Dünən, 22:48 General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi Dünən, 22:48 İnsan yatarkən beynində nə baş verir? - Maraqlı kəşf Dünən, 22:48 Şərabın sağlamlığa faydası yoxdur? Həkimdən diqqətçəkən xəbərdarlıq Dünən, 22:48 Ermənistanın Konstitusiyası dəyişir: Paşinyan referendumla bağlı əminliyini bildirdi Dünən, 21:48 Bərdədə piyadanı avtomobil vuraraq öldürüb Dünən, 21:48 Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər Dünən, 21:48 Şimali Kiprdən Azərbaycana güclü dəstək mesajı: "Bir yumruq kimi birləşən xalq" Dünən, 21:48 Bakının bu ərazisində su təchizatında fasilə yaranıb – SƏBƏBİ AÇIQLANDI Dünən, 20:48 Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi Dünən, 20:48 Aprelin 1-dən nələr dəyişir? - Maaş və müavinətlərlə bağlı YENİ XƏBƏR Dünən, 20:48 Ceyhun Bayramov: "Azərbaycan-Türkiyə əlaqələri bənzərsizdir" - "Haber Global"ın süjeti Dünən, 20:48 "Tasnim": Pezeşkianla vitse-prezident arasında fikir ayrılığı yoxdur Dünən, 20:48 Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 19:48 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi Dünən, 19:48 Avtomobil akkumulyatorunu nə vaxt dəyişmək lazımdır? Dünən, 19:48 Bakıda ev tapmaq müşkülə çevrildi: Əl yandıran QİYMƏTLƏR Dünən, 19:48 Görmə məhdudiyyətli Sevincin böyük arzusu: Xalq artisti olmaq! Dünən, 19:48 Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq Dünən, 18:48 Bakı Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb Dünən, 18:48 DİN əməliyyat keçirdi - Saxlanılanlar var Dünən, 18:48 Bakıdakı körpələr evində istilik problemi: "Qaz sayğacını söküb aparıblar" Dünən, 18:48 Yolun təmiri niyə bəzən uzun çəkir? Dünən, 18:48 Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat AYRILDI Dünən, 18:48 Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib Dünən, 18:48 XƏBƏRDARLIQ - Sabah güclü külək əsəcək Dünən, 17:48 Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün Dünən, 17:48 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi Dünən, 17:48 Rusiyaya məxsus təyyarə partlayıcı qurğu barədə siqnaldan sonra Antalyada eniş edib Dünən, 17:48 Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşib Dünən, 17:48 Almaniyanın xarici işlər naziri Azərbaycandakı dini konfessiyaların nümayəndələri ilə görüşüb Dünən, 17:48 Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam Dünən, 17:48 Əli Əsədov Mariam Kvrivişvili ilə görüşüb Dünən, 17:48 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR